Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının məktəbliləri arasında təşkil olunan “Gənc informatiklər” müsabiqəsinin finalçıları mayın 16-da – Ümumdünya İnformasiya Cəmiyyəti günü ərəfəsində məlum olacaq.
HP şirkəti və Microsoft korporasiyasının baş sposnsorluğu, Aztelekom İstehsalat Birliyi və “DNS Computers” MMC-nin sponsorluğu ilə orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Gənc informatiklər” müsabiqəsinin ilk mərhələsinə may ayının 10-da yekun vurulacaq.
Bundan sonra şagirdlər tərəfindən hazırlanmış 50 internet səhifə və 100-dən çox təqdimat işi Münsiflər heyətinə təqdim ediləcək. Azərbaycanın aparıcı elm ocaqlarının, İKT şirkətlərinin, aidiyyatı dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət Münsiflər heyətinin qiyabi qiymətləndirməsi əsasında müsabiqənin finalçıları müəyyən ediləcək. Finala vəsiqə qazanmış şagirdlərin adları Ümumdünya İnformasiya Cəmiyyəti günü ərəfəsində – mayın 16-da Sumqayıt şəhərində keçiriləcək Təşkilat Komitəsinin yığıncağında açıqlanacaq.
Müsabiqənin Münsiflər heyətinin üzvü, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov uşaq və yeniyetmələrin İKT sahəsində maarifləndirilməsinin xüsusilə vacib olduğunu bildirir: “Elə buna görədir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ötən il olduğu kimi bu il də “Gənc informatiklər” müsabiqəsinə tam dəstək göstərir. Bu müsabiqə davamlılığı və öz obyektivliyi ilə İKT sektorunda gələcək nəslin formalaşmasına və həvəsləndirilməsinə əlverişli şərait yaradır”.
Müsabiqənin təşkilatçıları Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil şöbəsidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Qafqaz Universiteti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, “İntel – Gələcək üçün təhsil” proqramı, “Ultra” şirkəti, Azərbaycan İnternet Forumu və Sumqayıt Tələblər İttifaqı layihəyə təşkilati dəstək göstərirlər.
Qeyd edək ki, müsabiqəyə informasiya dəstəyini İnterfaks-Azərbaycan İnformasiya Agentliyi, Xəbərlər.az portalı, 168 saat qəzetlər qrupu, Dünya televiziyası, Sumqayıt qəzeti və Explorer jurnalı göstərir.Müsabiqə Sumqayıt şəhərinin 60 illik yubileyinə həsr olunur.
Müsabiqə haqqında ətraflı məlumat www.informatik.az saytından əldə edilə bilər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri