Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən artıq üç ildir təşkil olunan “Gənc informatiklər” müsabiqəsinin Qafqaz Universitetində final mərasimi keçirilib. Ümumilikdə Sumqayıt şəhərindən, Abşeron, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba və Qusar rayonlarından olan 131 nəfər şagird və tələbənin iştirak etdiyi final mərhələsində iştirakçılar öz işlərini Münsiflər Heyəti qarşısında müdafiə ediblər.
Qaliblərin təntənəli mükafatlandirma mərasimi iyun ayının sonlarında “Kimyaçı” Mədəniyyət Sarayında təşkil olunacaq, onlara müsabiqənin əsas mükafatı olan “Rəqəmsal dünya” heykəlciyi və dəyərli hədiyyələr təqdim ediləcək.
“Elektron təhsil” Respublika müsabiqəsinin tərkib hissəsi olan və “2008-2012-ci illərdə Azərbaycan Respublikasının Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən bu müsabiqəyə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İnformasiya Texnologiyaları İnstitutu, Bestcomp şirkəti və Qafqaz Universiteti təşkilati dəstək göstərirlər.
Müsabiqənin baş sponsoru HP şirkəti, sponsorları isə Microsoft şirkəti və Aztelekom İB-dir. //xeberler.az/Ellada
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri