Previous Next
Bağla

"GoldenPay" 17 ildir ki, onlayn ödəmələr sahəsində birinciliyini qoruyur!

12-07-2024 13:35
"GoldenPay" 17 ildir ki, onlayn ödəmələr sahəsində birinciliyini qoruyur!

Azərbaycanın onlayn ödəmələr bazarında ilk şirkəti "Qoldenpey" ASC (GoldenPay) 13 iyul 2024-cü il tarixində fəaliyyətinin 17-ci ilini qeyd edir.

Şirkət 2007-ci ildə yarandığı gündən maliyyə texnologiyalarında innovativ və müştəri yönümlü yanaşması ilə insanların həyatını asanlaşdıraraq sektorda üstün mövqe qazanmışdır.  

Hal-hazırda ölkədə elektron ödənişlər ekosistemi qanunla tənzimlənən istiqamət üzrə inkişaf etməkdədir. "Golden Pay" Azərbaycan Respublikasının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunu çərçivəsində ödəniş alətlərinin diversifikasiyasını və nağdsız ödəniş sistemlərinin inkişafı strategiyasına uyğun hərtərəfli xidmət göstərməyi hədəf alaraq istifadəçilər üçün bir sıra yeni layihələr və məhsullar üzərində işləyir. Növbəti illər ərzində Golden Pay-in əsas prioriteti elektron pulun emissiyası ilə ölkədə iqtisadi proseslərin effektivliyinin və mobilliyinin artmasına dəstək olmaqdır.  

"GoldenPay" 2024-cü ildə müasir və etibarlı elektron pul həlləri təklif etmək məqsədilə öz Hesab.az elektron cüzdanını istifadəçilərinə təqdim etmişdir. İstifadəçilər Hesab.az elekton cüzdanını istifadə edərək balanslarını komissiyasız artıra, limitsiz köçürmələr edə və müxtəlif ödəniş əməliyyatlarını sürətli və təhlükəsiz şəkildə həyata keçirə bilərlər. Həmçinin, Golden Pay Qanunun tələblərinə riayət etmək üçün ödəniş əməliyyatlarının təhlükəsizliyi və davamlılığını, xətasız ödəniş avtorizasiyasını, gücləndirilmiş müştəri autentifikasiyasını və müştəri məlumatlarının qorunmasını daha da yüksək səviyyədə təmin etmək məqsədilə mühüm addımlar atmışdır. 

“Golden Pay gələcək illərdə də onlayn ödəniş sistemləri sahəsində aparıcı mövqedə olmağı  və innovativ həllər ilə daha çox istifadəçiyə çataraq, onların həyatını asanlaşdırmağı hədəfləyir”, - “Qoldenpey” ASC-nin Baş icraçı direktoru Eynar Abdullayev bildirir. 

Onu da qeyd edək ki, şirkət 2011-ci ildə pərakəndə sektorda ödənişlərin aparılması üçün Hesab.az onlayn ödəniş portalını istifadəçilərə təqdim etmiş, habelə biznes sektoru üçün ödəmə sistemlərinin qurulması sahəsində müxtəlif həllər təqdim edərək ötən 17 il ərzində uğurlu nəticələr göstərmişdir. 

Şirkət uğurlarının arxasında dəyərli müştərilərinin, biznes tərəfdaşlarının və sadiq əməkdaşlarının olduğuna inanır və onlara səmimi təşəkkürünü bildirir. 

2008-ci ildən fəaliyyətə başlayan "Qoldenpey" ASC Azərbaycanın ilk onlayn ödəniş həlləri təqdim edən şirkətidir. Hal-hazırda "Qoldenpey" ASC müştərilərinə Hesab.az onlayn ödəniş portalı, ekvayrinq və müxtəlif onlayn ödəniş həlləri kimi innovativ rəqəmsal maliyyə xidmətləri təklif edir. "Qoldenpey" ASC şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.goldenpay.az saytından, *0713 Çağrı Mərkəzindən və ya rəsmi sosial media səhifələrindən əldə etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İlk onlayn ödəniş şirkəti Golden Pay Mərkəzi Bankdan Elektron Pul Təşkilatı lisenziyasını əldə etdi!

30-08-2024

Golden Pay şirkətində yeni təyinatlar

08-02-2023

GoldenPay ASC-ın rəhbərliyində dəyişiklik edildi - YENİ TƏYİNATLAR

11-12-2023

“Qoldenpey” ASC 15 yaşı münasibətilə dəyərli hədiyyə uduşlu kampaniya keçirir

08-07-2022

“Qoldenpey” ASC istifadəçilərinə hədiyyələr təqdim etdi!  

18-07-2022

“Goldenpay“ şirkəti 14 ildir ki, vaxtınıza dəyər qatır!

15-07-2021

Hesab.az-ın CASHBACK kampaniyası uğurla sona çatdı

13-12-2022

Hesab.az yenilənmiş loyallıq proqramını təqdim edir

22-12-2022

Hesab.az yeni mövsümdə istifadəçilərini 2-QAT qazandıracaq

10-09-2021

"GoldenPay" şirkəti " Yüksək Texnologiyalar Parkının rezidenti oldu

15-07-2023

QoldenPey ötən il 11 milyondan çox gəlir əldə edib

25-04-2023

Hesab.az-dan növbəti hədiyyə dolu kampaniya!

15-10-2021

Hesab.az ailəsinin 11 yaşı tamam oldu!

14-04-2022

Hesab.az hər kəsi 2-QAT qazandıracaq kampaniya başladıb

01-10-2021

Hesab.az-da 5-QAT Bahar hədiyyəsi

02-03-2022

Hesab.az-da 2-QAT Novruz sevinci!

19-03-2022

Sərnişinlər onlayn bilet ödənişlərini "Apple Pay" və "Google Pay"dən edə biləcək

12-01-2026

Hesab.az mobil tətbiqi yeniləndi!  

25-08-2022

Hesab.az platformasında növbəti hədiyyəli kampaniya başladı

14-11-2019

Hesab.az tətbiqində hər kəsə Hesab Koin hədiyyə!

14-01-2022

Hesab.az fəaliyyətinin 10-cu ilini qeyd edir

14-04-2021

Hesab.az Bakcell ilə birgə yeni kampaniyaya start verib

18-01-2019

Hesab.az-da “Qazananlar Klubu”na qoşulun və qazananlardan olun

05-05-2020

Hesab.az-da HƏRRAC – Bonusları hədiyyəyə çevirmək vaxtıdır!

19-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə