QoldenPey ötən il 11 milyondan çox gəlir əldə edib

25-04-2023 / 15:48

Azərbaycanın ilk və ən böyük onlayn ödəmələr şirkəti – QoldenPey ASC-nin 2022-ci ilin beynəlxalq standartlarına uyğun hazırlanmış maliyyə hesabatlarını ictimaiyyətə açıqlayıb. GoldenPay şirkətinin idarə heyətinin sədri – Naina Mehdiyevadan aldığımız məlumata əsasən, bu il fəaliyyətinin 16-ci ilində olan şirkətin göstəricilərində əvvəlki il ilə müqayisədə xeyli artım müşahidə olunub.

Belə ki, şirkətin 2022-ci il üzrə ümumi dövriyyəsi 624,049,576 manat olmuşdur ki, buda əvvəlki ilin analoji dövrü ilə müqayisədə 26% artmışdır (2021: 494,932,551 manat), 2022-ci ilin gəlirləri 11,155,208 manat olmuşdur ki, buda əvvəlki ilin analoji dövrü ilə müqayisədə 33% artmışdır (2021: 8,396,901 manat). “QoldenPey” ASC 2022-ci ili 2,147,517 manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə şirkətin mənfəəti 1,410,834 manat olub ki, bu da illik müqayisədə 52% artım deməkdir.

2022-ci il sonu etibarilə “QoldenPey” ASC-nin cəmi aktivləri 6,625,556 manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin (2021: 4,158,825 manat) analoji dövrü ilə müqayisədə 59% artmışdır və 2022-ci il sonu etibarilə cəmi kapital (xalis aktivlər) 4,615,100 manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin (2021: 2,467,583 manat) analoji dövrü ilə müqayisədə 87% artmışdır.

Bu artımı həmdə Hesab.az onlayn xidmətlər platforması üzrə də müşahidə etmək mümkündür. Belə ki, platformanın 2021-ci ildə 688 min qeydiyyatlı istifadəçi sayı olduğu halda, 2022-ci ildə bu rəqəm 729 minə kimi yüksəlmişdir. Bu da platformanın qeydiyyatlı istifadəçi sayında bir il ərzində 6% artım olduğunu göstərir. Hazırda isə, platformada qeydiyyatlı istifadəçi sayı 740 mindən çoxdur.

14 Aprel tarixində yaradılışının 12-ci ilini qeyd edən Hesab.az, bu artıma funksional yenilikləri, ödəmə xidmətlərinin genişləndirilməsi, göstərdiyi xidmət keyfiyyəti ilə müştəri məmnuniyyətinin təmin edilməsi və həmçinin də həyata keçirilən müxtəlif kampaniyaları ilə nail olmuşdur.

Qeyd edək ki, şirkətdən aldığımız məlumata əsasən, 2023-ci ildə şirkətin göstəricilərinin daha da artırılması, yeni məhsul və xidmətlərin təqdim olunması və bazardakı lider mövqeyinin saxlanılması nəzərdə tutulur.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə