Google-dan android istifadəçilərinə yeni tətbiq

21-04-2015 / 15:06

Google android istifadəçilərinin mobil cihazlarına əl yazısı tətbiqi gətirir. Proqram 83 dilə malikdir.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Google Handwriting Input adlı tətbiqlə android telefon və mobil cihazlara əl yazısı klaviaturasını təqdim edir.

İstifadəçilər barmaqları və ya cihaza uyğun qələmlərlə ekrana yazı yaza və smayliklər çəkə biləcək. Tək bir düymə ilə əl yazısına keçilə biləcək tətbiq internet olmadan da çalışır.

Yeni sistemə əlavə olaraq sensor ekranlı yazı və səsli istifadə xüsusiyyəti də daxildir. Proqram Android 4.0.3 və daha inkişaf etmiş proqrama sahib telefon və planşetlərdə istifadə edilə biləcək.

Google tətbiqlə əlaqədar açıqlamasında əl yazısı xüsusiyyətinin virtual klaviatura istifadəsi çətin olan dilləri dəstəklədiyini də bildirib.

 

                                                                                                Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə