Google-nin Quick Search Box-u mobil telefonlara keçdi

14-10-2009 / 09:53

Google-nin Quick Search Box adlı tətbiqi mobil cihazlarda da istifadə olunacaq. Quick Search Box kompüterinizdə axtarış etməyə imkan tanıyan tətbiqdir.

Xüsusilə Mac OS X istifadəçilərinin çox sevdiyi Quick Search Box adlı tətbiq, axır ki, Android-ə əlavə olundu. Çoxdandır ki gözlənilən proqrama, gözləmə ekranında yerləşən xüsusi widget sayəsində asanca çata bilmək mümkündür.

Son dərəcə sürətli bir interfeysə sahib olan proqram, axtarış nəticələrini də qısa müddətdə ekrana gətirir. Bu tətbiqlə həm də siz Google-nin axtarış sistemindən istifadə edib, hava, valyuta, maliyyə məsələlərinə də baxa bilərsiz.

Proqram səsli axtarış xüsusiyyəti ilə fərqlənir. İndi təkcə ingilis dilini dəstəkləyən proqram danışdıqlarınızı sözlərə çevirərək axtrarış edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə