Google bu gün yeni məhsullarını təqdim edəcək- Fotolar

04-10-2016 / 11:35

Bu gün Google şirkətinin və Android sisteminin gələcəyi üçün əhəmiyyətli təqdimat mərasimi baş tutacaq.

Xəbərlər.az  xarici mətbuata istinadən məlumat verir ki, Google bu gün bir sıra yeni məhsullarını təqdim edəcək.

Təqdimatı gözlənilən yeni məhsullar:

Google-un Nexus cihazlarının istehsalına yekun vurub, yeni iki telefon- Google PixelGoogle Pixel XL-i təqdim edəcəyi gözlənilir. 

Şirkət "Google Home" adlı ağıllı ev sistemini də  təkmilləşdirərək “Ok Google” əmri ilə və səsli olaraq ağıllı evinizi idarə ede biləcəyiniz cihaz hazırlayıb.

Google tədbirdə AndroidChrome OS  əməliyyat sistemlərini qarışdıraraq istehsal etdiyi Andromeda sistem yaradıb. Bu sistem kompüterdən tutmuş ağıllı telefonlara kimi hər cihazında istifadə oluna biləcək.

 

Qeyd edilir ki, Daydream VR adlanan texnologiya təqdim olunacaq və bunu dəstəkləyən ilk ağıllı telefonlar Google Pixel və Google Pixel XL olacaq.

Şirkətin televizorlar üçün hazırladığı cihaz -Chromecast artıq 4K dəstəyinə qovuşacaq. Beləliklə, Chromecast Ultra istifadəçilər ,4K keyfiyyətli televizorları varsa, YouTube və bəzi digər platformalardan 4K videoları televizorda izləyə biləcək.

 

 

Məlahət Hacı 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə