Məlumat verdiyimiz kimi, hazırda Bakıda davam edən Bakutel 2015-də bir sıra tanınmış beynəlxalq İT şirkətləri də iştirak edir.
Onlardan biri də Google şirkətidir.
Xeberler.az-ın məlumatına görə, Google sərgidə Google Cultural İnstitute layihəsi ilə təmsil olunur.
Qeyd edək ki, dünyanın bütün incəsənət nümunələri ilə tanış olma imkanı yaradan Google Cultural dünyadakı bütün ölkələrin mədəniyyət müəssisələri bu platformada toplayır. Onların yerləşdiyi məkanlar barədə ümumi məlumat verir. Məqsəd isə bu irsi qoruyub, saxlamaqdır.
Belə ki, istifadəçilər bu platformaya daxil olaraq incəsənət nümunələri ilə tanış ola bilir. Mədəniyyət, incəsənət nümunələri ilə bağlı şəkillərə platformada olan müxtəlif ölçüdə baxa bilir.
Google-un hazırda Azərbaycanda olan rəsmisi Kırıll Zemcov Xeberler.az-a bildirib ki, o Bakutel sərgisində ilk dəfə iştirak edir və Azərbaycanda olmaqdan çox məmnundur.
Google rəsmisi platformanın 3 ildir fəaliyyət göstərdiyini deyib.
O bildirib ki, Azərbaycana məxsus bəzi incəsənət nümunələri isə noyabrın 29-da platformada yerləşdirilib.
Kırıll Zemcov Heydər Əliyev Mərkəzini çox bəyəndiyini və Mərkəzlə bağlı bütün məlumatların platformaya daxil ediləcəyini deyib.
Google rəsmisi onu da deyib ki, gələcəkdə Azərbaycanın əksər incəsənət nümunələri də bu platformada yerləşdirilə bilər.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri