Google Fi texnologiyası istifadəçilər üçün hansı imkanlar yaradır?

18-11-2022 / 17:14

Məlumdur ki, Google dünyanın ən böyük axtarış sistemi və ən çox ziyarət edilən saytıdır. Yarandığı ilk gündən inkişaf etməyə davam edən Google hazırda “Gmail”, “Google News”, “Google Analytics” və “Google Chrome” kimi xidmətlər təklif edir. Axtarış sistemləri arasında Google-dan istifadə 80 faiz təşkil edir.

Bunu Xeberler.az-a Texnologiyaları İnstitutunun  proqramçısı Təbriz Ağaşov  "Google Fi Texnologiyası” şərh edərkən deyib. 

Onun sözlərinə görə, əvvəllər “Project Fi” adlandırılan “Google Fi” Google şirkətinin təqdim etdiyi mobil virtual operatordur. Bu xidmət istifadəçilərə “T-Mobile” və “US Cellular” şəbəkələrinə giriş imkanı verir. Həmçinin “T-Mobile” şəbəkəsində fəaliyyət göstərməklə “Google Fi” ölkənin ən yaxşı 5G şəbəkəsində xidmət də təklif edir:

"Sonra o, “Google Fi” və “US Cellular 4G LTE (5G)”, eləcə də “T-Mobile 4G LTE (5G)” şəbəkələrinin əhatə dairəsinin əks olunduğu xəritəni təqdim edib. “Google Fi” Limitsiz Planı (Unlimited plan) və “Google Fi” Çevik plan (Flexible plan) haqqında məlumat verən tədqiqatçı bildirib ki, “Google Fi” artıq limitsiz tarif planları təklif edən operatorların sıralarına qoşulmuşdur. Çevik tarif planı isə yalnız istifadə olunan məlumatlar üçün ödəniş etməyi təklif edir. Bu texnologiyanı dəstəkləyən mobil qurğular arasında “Pixel” və “Samsung” kimi modellər var",- deyə Ağaşov qeyd edib.

Proqramçı bildirib ki, Texnologiyaları İnstitutu  “Google Fi” texnologiyası ilə bağlı beynəlxalq təcrübənin araşdırılması və növbəti mərhələdə məqalənin hazırlanması üzərində işləyir. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə