Google Gmail elektron poçt xidməti üçün süni intellektə (Sİ) əsaslanan yeni funksiyaları bütün istifadəçilər üçün təqdim etdiyini açıqlayıb.
Xeberler.az bildirir ki, bu barədə şirkət rəsmi bloqunda məlumat verib.
Qeyd edilib ki, yeni yeniliklər çərçivəsində Gmail-də məktubların xronoloji siyahısı əvəzinə, istifadəçinin maraqlarına uyğun süni intellekt xülasəsi göstəriləcək. Bu xülasə vacib mövzuların qısa icmalını təqdim edəcək. Məsələn, sistem stomatoloq qəbulunu təxirə salmağı, məşqçiyə cavab verməyi və ya idman turnirində iştirak haqqını ödəməyi təklif edə bilər.
Bu funksiyalar bütün istifadəçilər üçün pulsuz olacaq. “AI Inbox” (Sİ-gələnlər qutusu) funksiyası ilkin mərhələdə ABŞ-da yalnız brauzer üzərindən “etibarlı test istifadəçiləri” üçün əlçatan olacaq. Daha sonra isə adi istifadəçilər üçün də (ödənişli abunə olmadan) istifadəyə veriləcək və dəstəklənən dillər ilə regionların siyahısı genişləndiriləcək.
Bundan əlavə, Gmail-dən pulsuz istifadə edənlər süni intellektlə yaradılan cavab tövsiyələri, mesaj zəncirlərinin xülasələri və məktub yazmağa kömək edən “Help Me Write” alətinə çıxış əldə edəcəklər.
Google AI Pro və Google AI Ultra abunəçiləri üçün isə əlavə imkanlar təqdim olunacaq. Bunlara Gemini vasitəsilə orfoqrafiya yoxlanışı və poçt daxilində axtarış funksiyası daxildir.
Google bildirib ki, süni intellekt funksiyalarını istənilən vaxt deaktiv etmək mümkündür və Gmail məzmunu şirkətin modellərinin öyrədilməsi üçün istifadə edilmir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları