Google yeni xidmətini təqdim etdi. 2007-ci ildən üzərində işlənilən Google Wave bir neçə funksiyanı özündə cəmləşdirir.
Bu xidmət əslində birdən çox istifadəçinin eyni anda ünsiyyət qura bildiyi, şəkil və videoları bölüşdüyü, sənədlərlə işləyə bildiyi yeni bir platformadır. Açıq qaynaq kodlarla yaradılan Google Wave, Google Web Toolkit ilə hazırlanıb.
HTML 5 tətbiqi kimi yaradılan Wave ilk baxışdan e-poçtu xatırladır. Lakin e-poçtdan fərqli olaraq istifadəçilər arasında gedib-gələn mesajlar bir yerə toplanılır. Mesajı yazanlar isə istədikləri vaxt ünsiyyətə istədikləri kimi başlaya bilərlər.
E-poçtdan fərqli olaraq mesaja tam deyil, araya girərək yalnız bir hissəsinə cavab vermək və bu cavaba əlavə olaraq yeni bir ünsiyyət müddəti başlatmaq mümkündür. Bunlar bir mesaj içində ayrı mövzular olaraq qiymətləndirilir və ayrıca izlənilir.
MSN və Gtalk-dan fərqli olaraq Wave-lə söhbət etdikdə yazılan bir simvol qarşı tərəfin pəncərəsində dərhal görünür.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri