Chrome-dən daha fərqli ChromePlus brauzeri

02-11-2009 / 09:15

Google-nin məşhur brauzeri Chrome, əslində açıq qaynaq kodlu Chromium brauzer proyekti üzəridə inkişaf etdirilib. Hər kəs bu ünvandan qaynaq kodunu endirib, oxşar brauzer hazırlaya bilər. ChromePlus buna nümunədir.

ChromePlus Maple Studio tərəfindən Chromium infrastrukturu üzərində hazırlanıb və Chrome-yə bənzəyir, ancaq tamam fərqli xüsusiyyətlərə malikdir. Bu brauzerdə Chrome təcrübəsi daha yaxşı inkişaf etdirilmişdir. Məsələn, Super Drag ilə bir internet ssəhifəsindəki hər hansı bir əlaqəni, eyni səhifə içərisindəki boş bir yerə buraxdığınızda, bu əlaqənin avtomatik olaraq yeni bir pəncərədə açılmasını təmin edə bilərsiniz.

Məşhur Firefox əlavəsi IE Mode, ChromePlusda da iştirak edir. Ünvan sətirinin yanındakı ChromePlus simvoluna basaraq açıq olan səhifəni, brauzer dəyişdirmədən IE-də də göstərmək olar. Bundan əlavə ChromePlus-da inkişaf etmiş xüsusiyyətlərə girərək siçan hərəkətlərinə 20-yə yaxın fərqli əmr də təyin etmək və ya hazır təyin olunmuşlardan istifadə mümkündür.

ChromePlus brauzerini bu linkdən yükləyə bilərsiz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə