Firefox-un proqramçı qrupu Mozilla, Google Wave kimi bir platforma hazırlamaq üçün işlərə start verib. Mozilla bir tərəfdən Firefox 3.6 üzərində işləyir, digər tərəfdən yeni proyektlərini hazırlayır. Mozilla Labs-da açıqlanan son proyektlərdən biri də Raindrop-dur.
Raindrop açıq qaynaq kodlu bir ünsiyyət platformasıdır. Mozilla Google Wave-ə rəqib olmaq üçün tam gücüylə işləyir. Raindrop-un dizaynını internet istifadəçilərinin vərdişlərinə görə quracaqlar. Elektron məktublar bu şəbəkəyə inteqrə edilə biləcək. Beləcə həm e-maillərə, həm də gündəlik mesajlara eyni yerdən baxmaq mümkün olacaq. Raindrop üzərindən gələn mesajlar da öz aralarında fərqli kateqoriyalara sahib olacaq.
Raindrop-un dəstəklədiyi brauzerlər Safari, Chrome və i Firefox -dur. İnternet Explorer-i dəstəkləyəcəyi isə şübhəli qalır. Raindrop ilə Mozilla, bütün məşhur ictimai şəbəkə saytlarının xaricində, portal tərzində bir şəbəkə mərkəzi yaratmağı düşünür. Məsələn, istifadəçilər YouTube linklərini, sevdikləri, bəyəndikləri xəbərləri də Raindrop-dan paylaşa biləcəklər. Bu baxımdan Raindrop FriendFeed-ə də bənzəyir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri