Sony Ericsson da Androidə keçid etdi.

13-12-2008 / 08:21

 

  Sony Ericsson da Androidə keçid etdi. Android fırtınası böyüməyə davam edir. Sırada Android yüklü Sony Ericsson cib telefonları var... Androidli Xperia: Bəlkə yaxında bir yuxu olmaqdan çıxacaq. Sony Ericsson hər kəsi çaşdıraraq Open Handset Alliance (OHA) birliyinə qatıldığını açıqladı. Open Handset Alliance, cib telefonu üçün (açıq qaynaq kodlu) proqram inkişafını sürətləndirmək istəyən firmalardan yaranan bir birlikdir.Bura: HTC, T-Mobil, LG, Samsung və Google bu birliyin digər üzvləri arasında iştirak edir.

  Sony Ericsson direktor köməkçisi Rikko Sakaguchi bu əhatədə yeni bir ağıllı telefon planları etdiklərini də açıqladı: "Android platformasını əsas götürən bir cib telefonu çıxarmağı düşündüyümüzü də təsdiqləyə bilərəm" Beləcə Sony Ericsson irəlidə üç əməliyyat sistemi üçün də cib telefonu çıxarmış olacaq: Windows Mobilə (məsələn Xperia X1), Symbian (məsələn P1i) və Android.

 

 

Xeberler.az Elvira


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə