GTA 6-nın təqdim olunacağı tarix açıqlandı

23-12-2015 / 14:45

Böyük istifadəçi auditoriyasına sahib GTA-nın son oyunu GTA V oyun həvəskarları  tərəfindən olduqca maraqla qarşılandı.

Düzdür, bu oyun  böyük marağa səbəb oldu, amma istifdəçilər artıq yeni GTA VI versiyasının təqdim olunmasını istəyir.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlmata görə, Take Two şirkətinin direktoru (CEO)  Strauss Zelnick açıqlamasında oyunun təqdim olunma tarixini açıqlayıb.

O, həmçinin GTA-nın buna bənzər oyunlardan daha çox sevilməsi, hər yeni oyunda daha çox marağın olması ilə bağlı da danışıb.

Belə ki, bunun səbəbini oyunlar arasında olan müddətlə əlaqələndirib. O, hesab edir ki, hər il yeni oyun təqdim edən şirkətlər zaman keçdikcə adiləşir.

Zelnick  GTA oyunları arasındakı fasilələrdən danışaraq yeni versiya olan GTA VI-da da bu üsulu tədbiq edəcəklərini bildirib. 

Direktorun açıqlamasından belə nəticəyə gəlmək olar ki, GTA VI böyük ehtimalla 2017-ci ilin son rübündə təqdim olunacaq.

Sevinc Əsədova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.