GTA 5-i veb brauzer vasitəsi ilə oynamaq mümkündür

29-07-2015 / 12:26

GTA 5 və yüksək kompüter parametrləri tələb edən oyunları İnstant Webcam texnologiyası ilə veb brauzer vasitəsi ilə rahatlıqla oynamaq mümkün olacaq.

Xəbərlər-in verdiyi məlumata görə, GTA 5-i əgər kompüteriniz dəstəkləmirsə və ya qrafik parametrləri zəifdirsə, bu texnologiya vasitəsi ilə oyunları hər bir kompüterdə veb brauzer vasitəsilə maksimum qrafikada da oynaya bilərsiniz.

ABŞ-da bir proqram şirkəti tərəfindən hazırlanan İnstant  Webcam sistemi xüsusi kamera vasitəsilə yüksək qrafikada olan oyunu bir kompüterdən veb brauzerə ötürür. Beləliklə, brauzer vasitəsilə seçdiyiniz oyunun bütünlüklə idarə olunması istifadəçinin əlinə keçir. Bundan başqa canlı yayım texnologiyası ilə inteqrasiya olunan idarəetmə mexanizmini eyni vaxtda istifadə edərək planşet, mobil telefon və kompüter vasitəsilə də oynaya bilərsiniz.

C proqramlaşdırma dilində yazılan və HTML5 veb proqramlaşdırma texnologiyası ilə inteqrasiya olunan bu sistem bazada saxlanılan videoları MPEG1 video formatında 60fps və yüksək keyfiyyətdə canlı olaraq izləmək mümkündür. Bu texnologiyada izləyiciyə hər hansı bir veb brauzerdən videonu orijinal keyfiyyətdə  izləməyə imkan yaradır. Bu sistemdən istifadə etmək üçün istifadəçilərə yüksək sürətli İnternetə və brauzerlərində JavaScript  parametrlərinin açıq olması məsləhət görülür.

                                                                               Ağasəf Haqverdiyev


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.