Previous Next
Bağla

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019 15:22
Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

Son 12 ay ərzində “Kaspersky Lab” həlləri 930 mindən artıq lisenziyasız video oyunlar adı altında zərərli proqram təminatlarının yüklənməsi cəhdlərini aşkarlayıb və qarşısını alıb. Ən çox - təxminən 130 mindən artıq zərərli proqram təminatı “Minecraft” oyunu adı altında gizlədilib.

Xeberler.az bildirir ki, bundan başqa, cinayətkarlar “GTA 5” və “Sims 4” oyunlarını da istifadə edib. Bu oyunların payına müvafiq olaraq 112 min və 105 mindən çox “feyk” düşüb. Virus yaradıcıları internet istifadəçilərini hələ işıq üzü görməyən, amma maraqla gözlənilən yeniliklərlə cəlb etməyə cəhd ediblər. “Kaspersky Lab” ekspertlərinin rəyinə görə, zərərli fayllar rəsmi olaraq buraxılmayan ən azı on oyun (80%), xüsusilə də “FIFA 20”, “Borderlands 3” və “Elder Scrolls 6” adı ilə yayılır.
Bu gün dünya əhalisinin üçdə biri kompyüter oyunları oynayır. Ancaq əksər insanlar qanuni məzmunlu xüsusi platformalardan istifadə etmək əvəzinə, heç də təhlükəsiz olmayan müxtəlif onlayn-servislərdən lisenziyasız versiyaları yükləməyə üstünlük verirlər.

"Virus yaradıcıları istifadəçilərin yalnız film premyeralarına və məşhur televiziya şoularına deyil, həmçinin video oyunlara olan maraqlarını istismar edirlər. Onlar istifadəçilərin oyun oynayarkən diqqətsiz olduqlarını və uzun illər oynadıqları sevimli oyunlarından zərər gözləmədiklərindən istifadə edirlər. Biz oyunçulara yükləmələr üçün daha etibarlı mənbələri seçməyi, eləcə də, qoruyucu həllərin quraşdırılması və müntəzəm olaraq oyun üçün istifadə edilən bütün cihazlarda kiber təhdidlərinin mövcudluğunu yoxlamağı tövsiyə edirik "- deyə “Kaspersky Lab" şirkətinin aparıcı antivirus mütəxəssisi Mariya Fyodorova bildirib.

Məşhur oyunların əvəzinə cihazlara zərərli proqram təminatlarının yüklənməsinin qarşısını almaq üçün “Kaspersky Lab” aşağıdakıları tövsiyə edir:

• yükləmələr üçün yalnız etibarlı, qanuni servislərdən istifadə etmək;
• saytın həqiqiliyinə diqqət yetirmək, xüsusilə portalın adının yazılışını və ünvan sətirində “https” olmasını yoxlamaq;
• yükləmədən əvvəl oyunun adında səhvin olmamasına əmin olmaq;
• Geniş təhlükələrə qarşı hərtərəfli qorunma üçün güclü təhlükəsizlik həlləri, məsələn “Kaspersky Security Cloud” quraşdırmaq.

Hesabat haqqında ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz:

https://bit.ly/2XZGJS3 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

13-02-2020

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020

Kaspersky Lab : Taxtların oyunları ən viruslu serialdır

11-04-2019

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

FinSpy messencerlərdəki yazışmaları oxuyur

25-07-2019

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019

Bir milyon istifadəçi kompüteri təmizləyərkən kibertəhlükələrlə üzləşib

04-07-2019

Azərbaycanda şifrələnmə hücumlarının sayı artır

29-08-2019

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018

Oyun həvəskarları kompüterini kiberhücumlardan necə qoruya bilər?

23-12-2016

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

25-08-2021

Kaspersky istehlakçılara xəbərdarlıq edib

17-12-2009

Kaspersky Lab hesabat açıqladı

29-06-2018

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

28-06-2019

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

YouTube-da zərərli proqramlar ehtiva edən video peyda olub

19-09-2022

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə