Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “ASAN xidmət indeksi üzrə qiymətləndirmə nəticələri və tətbiq olunan yeniliklərə” həsr olunmuş təqdimat mərasimi keçirilib.
Xeberler.az bildirir ki, tədbirdə çıxış edən Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bildirib ki, dövlət xidmətlərinin ASAN xidmət indeksi-ni təşkil edən parametrlər üzrə qiymətləndirilməsi işi başa çatdırılıb və 2016-2017-ci illər üzrə 10 mərkəzi və 13 yerli icra hakimiyyəti orqanının seçilən 412 dövlət xidməti qiymətləndirilib.
O qeyd edib ki, qiymətləndirmə 3 mərhələdə, mərkəzi icra hakimiyyəti orqanları üzrə 178 xidmətin, yerli icra hakimiyyəti orqanları üzrə 234 xidmətin qiymətləndirilməsi aparılıb. Nəticələrə əsasən, mərkəzi icra hakimiyyəti orqanları üzrə ən yüksək nəticə göstərmiş 10 xidmət aşağıdakılardır:
Vergilər Nazirliyi (VN) - Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması
VN - Elektron Vergi Hesab Fakturasının qəbulu
VN - Nazirliyə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi
VN - Çağrı Mərkəzi vasitəsilə “Sadələşdirilmiş verginin bəyannaməsi”nin qəbulu
Dövlət Miqrasiya Xidməti (DMX) - Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin alınması
DMX - Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin alınması
DMX - Şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi
VN - Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması
Əmlak Məsələləri Dövlət Komitəsi– daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması.
Ən aşağı xidmətlər isə aşağıdakı qurumlarda olub:
Daxili İşlər Nazirliyi (DİN) – xidməti və mülki silahın qeydiyyata alınması
DİN – nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi
Əmlak Məsələləri Dövlət Komitəsi- torpaq sahələrində mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq
DİN - xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin verilməsi
Milli Arxiv İdarəsi- sənədlərin Milli arxiv fondunun tərkibinə daxil edilməsi və mühafizəsi
Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti – Böyük Vətən Müharibəsində və Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, əlil olmuş şəxslərə, şəhid ailələrinə müvafiq arayışın verilməsi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi- peşə seçimi ilə bağlı onlayn testləşdirmə
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti - hərbi qeydiyyatda olması barədə arayışın verilməsi
Yerli icra hakimiyyəti orqanları üzrə ən yüksək nəticə göstərmiş xidmətlər Binəqədi rayon İcra Hakimiyyətində, ən aşağı nəticə göstərmiş xidmətlər isə Nəsimi və Səbail Rayon İcra Hakimiyyətində olub.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri