Previous Next
Bağla

Hər 100 nəfərə 107 telefon nömrəsi düşür

26-05-2015 16:36
Hər 100 nəfərə 107 telefon nömrəsi düşür

Azərbaycanda mobil telefon nömrələrinin sayı açıqlanıb. Belə ki, mobil telefon nömrələrinın sayı ötən il 10 101,9 min olub.

Xeberler.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, say 2010-cu ildə 8 938,7, 2011-ci ildə 9 396,5, 2012-ci ildə 9 634,6, 2013-cü ildə isə 9 720,6 min nömrə təşkil edib. Həmçinin Azərbaycanda əhalinin hər 100 nəfərinə düşən mobil telefon nömrələrinin sayı hazırda 107 ədəddir.

Müvafiq göstəricilər 2010-cu ildə 99, 2011-ci ildə 104, 2012-ci ildə 105, 2013-cü ildə isə 105 olub. Bununla bağlı statistik rəqəmlər Dövlət Statistika Komitəsinin yeni nəşri olan “Azərbaycan rəqəmlərdə 2015” bülletenində yer alıb.

Nəşrdə telefon rabitəsinin digər əsas göstəriciləri də nəzərə çatdırılır. Bu məlumatlara əsasən, ATS-lərin sayı ötən il 1 634, ATS-lərin ümumi tutumu 1 831,1 min nömrə olub. Eyni zamanda telefon aparatlarının sayı (telefon şəbəkəsinə qoşulmaq imkanı olan telefon aparatları və taksofonlar daxil olmaqla) 1 574,1 min nömrə olub. Son 5 il ərzində telefon şəbəkəsi taksofonlarının sayında isə azalma qeydə alınıb.

Belə ki, taksofonların sayı 2010-cu ildə 1 684 ədəd olubsa, bu rəqəm 2014-cü ildə 570-ə enib. Əsas telefon aparatlarının sayı ötən il 1 557,3 min nömrə olub. Mənzillərdə olan telefon aparatlarının sayı 1 369,3 min nömrə təşkil edib.

Əhalinin hər 1000 nəfərinə düşən telefon aparatlarının sayı 2014-cü ildə 167 ədəd, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 69 ədəd olub. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hər 100 nəfərə düşən telefon aparatlarının sayı artacaq

17-02-2009

Azərbaycanda 12,7 min yeni telefon nömrəsi istifadəyə verilib

25-05-2017

Azərbaycanda mobil telefon istifadəçilərinin sayı artıb

28-07-2022

Naxçıvan MR-də telefon aparatlarının sayı 72-yə çatıb

20-04-2015

Azərbaycanda əhalinin 73%-i internetdən istifadə edir

17-01-2015

Bu il Bakı telefon şəbəkəsinin elektronlaşdırılması başa çatdırılacaq

10-02-2009

Son 5 ildə Azərbaycanda mobil telefon abunəçilərinin sayı artıb

26-08-2025

Mobil telefon abunəçlərində olan nömrələrin sayı son bir ildə 1,4 milyon artıb

26-01-2009

Ay ərzində 100 dəqiqə mobil rabitə ilə danışıq üçün orta tarif 6,9 manatdır

25-05-2015

Hər gün dünyada 2 milyon mobil telefon satılır

17-07-2010

Azərbaycanda SMS və danışıq dəqiqələrinə təlabat kəskin azalıb

05-09-2025

Mobil telefon istifadəçilərinin sayı 5 milyard nəfərə çatıb

26-07-2010

Azərbaycanda mobil telefon abonentlərinin sayı artıb

26-07-2010

2010-cu ildə dünyada 1.39 milyard mobil telefon satılıb

01-02-2011

İKT sektoruna 158.3 milyon investisiya yatırılıb

16-07-2015

İKT sektoruna 142 milyon manat investisiya qoyulub

19-01-2015

Mobil telefon abunəçilərinin artım tempi stasionar telefon abunəçilərinin artımını bir neçə dəfə keçir

30-10-2008

Naxçıvan MR-in İKT və poçt sektorunun inkişafının əsas göstəriciləri açıqlanıb

22-10-2013

Dünyada mobil telefon istifadəçilərinin sayı 4 milyard nəfərə çatıb – BTİ

10-10-2008

Sizcə, Azərbaycanda nə qədər mobil telefon nömrəsi var?

27-10-2010

Azərbaycanda telefon şəbəkəsi tam elektronlaşdırılıb

03-01-2011

Novruz bayramına kimi ATS-lərin elektronlaşdırılması tam başa çatdırılmalıdır

31-10-2008

Ötən il Azərbaycana eşitmə aparatı idxalı 70 faiz artıb

13-03-2023

500 mindən çox evin internetə çıxışı yoxdur -Statistika

01-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə