Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində nə qədər inkişaf etdiyini ötən yazımızda statistik məlumatlara, qonşu ölkələrlə müqayisə apararaq təqdim etdik.
Xeberler.az olaraq bu dəfəki yazımızda ölkəmizdə əhalinin İKT-dən istifadəsini müxtəlif parametrlər əsasında qiymətləndirəcəyik. Son beş il ərzində ölkədə bu sektorda xüsusi olaraq hansı sahələrdə inkişafın olduğunu diqqətə çatıracağıq.
Belə ki, 2010-2014-ci illər ərzində ölkəmizdə əhalinin hər 100 nəfərinə düşən əsas telefon aparatlarının sayı 16, hər 100 ailəyə düşən aparatlarının sayı isə 73-74 olaraq qalıb. Bu sahədə xüsusi irəliləyişin olmadığını görürük. Artıq inkişaf etmiş ölkələrdə bu sahədə nəinki irəliləyiş ləngiyir, hətta artıq geriləmə mövcuddur. Bunun əsas səbəbi isə mobil telefon şəbəkəsində istifadənin genişlənməsidir. Mobil telefon abunəçilərinin sayında artış ölkəmizdədə sürətli irəliləyir. Məsələn, 2010-cu ildə ölkə əhalisinin 99 faizi mobil telefon abunəçisi idisə, 2014-cü ildə bu artıq 107 faiz olub. Belə demək olar ki, bu gün artıq hər 10 nəfərdən birinin ikinci mobil nömrəsi var.
Bu müddət ərzində mobil rabitə ilə əhatə olunmuş ərazidə yaşayan əhalinin ümumi əhaliyə nisbətlə 99.8 olaraq göstərilməsinə baxmayaraq hələ də ən güclü infrastruktura malik paytaxtımızda belə istifadəçilərin mobil telefon şəbəkəsinin əhatəsində şikayətləndiyini görürük. Bunu da bu sahədə kəmiyyətin keyfiyyəti üstələməsi kimi qiymətləndirmək olar.
Son illərdə ev təsərrüfatlarında kompüterlərin sayında xeyli artım olub. Belə ki, 2010-cu ildə 587 min olan kompüter sayı, 2014-cü ildə 1 milyon 158 minə yüksəlib. Aşağıdakı qrafikdəndə göründüyü kimi bu artışda əsas səbəbkar portativ( yüngül) kompüterlər olub. Çünki portativ kompüterlər siyahısına təkcə noutbuklar yox, həm də planşetlər də daxil edilib.
Portativ noutbukların sayındakı artım aşağıdakı qrafiklə çox daha rahat görmək olar. 2010-cu ildə masaüstü kompüterlər 80.8 faiz , portativ kompüterlər 19,2 faiz olduğu halda, 2014-cü ildə masaüstü kompüterlər 56.5 faiz , portativ kompüterlər isə 43.5 faiz olub.
2010-2015-ci illərdə Azərbacaynda kompüter istifadəçilərinin sayı 1.5 dəfə artıb. Burada əsas sevindirici məqam isə qadın istifadəçilərin sayında nəzərə çarpan artımdır. Belə ki, 2010-cu ildə 24.6 faiz olan qadın istifadəçilərin sayı, 2014-cü ildə 65.7 faizə qədər yüksəlib.
İnsanların kompüterdən istifadə məkanlarına baxdıqda son illərdə iş yerlərində, təhsil müəssisələrində, başqalarının evlərində, digər yerlərdə istifadənin azaldığını, lakin evdə bu avadanlıqlardan istifadənin artdığını görürük. Evdə komptürdən istifadə 39.7 faizdən (2010) 53.6 faizə (2015) yüksəlib. Həmçinin insanların kompüterdən gündəlik istifadəsi də intensivləşib ki, bu da yəqin ki, evlərdə kompüterdən istifadə imkanının olması ilə bağlıdır.
Azərbaycan internetə çıxışı olan ev təsərrüfatlarının sayında 1.5-2 dəfə artım müşahidə edilib.
Ev təsərrüfatlarında internetə genişzolaqlı xətlə qoşulma 2010-cu ildə 18.9 faiz olduğu halda, 2014-cü ildə bu, 70.6 faziə yüksəlib. Bu yüksəlişə təkan verən əsas amil isə genişzolaqlı internet qiymətlərinin ərzində son illərdə bir neçə dəfə aşağı düşməsi olub.
2014-cü ildə Azərbaycan ev təsərrüfatlarından 24.8 faizinin internetə çıxışı olmayıb. Onlardan 38.6 faizi isə buna səbəb olaraq kompüter avadanlığının baha olması göstərib. Bu isə o deməkdir ki, 200 yüz minə yaxın insanın kompüter avadanlıqlarının baha olmasına görə internetə çıxışı yoxdur. Həmçinin internetə çıxışın lazımsız hesab edildiyi ev təsərrüfatlarında 5.7 faiz azalma baş verib.
İnternetdə istifadə yerlərinə görə bölgüdə əsas dəyişiklik isə internet klublarda azalmadır.
2010-cu ildə internet klubda internet istifadəsi 14.6 faiz olduğu halda 2014-cü ildə bu göstərici 3.7 faizə düşüb. Evdə internetdə istifadə 38.8 faizdən 65.2 faizə yüksəlib. İnternetdən istifadə məqsədləri arasında hakimiyyətləri ilə əlaqədə artışın son illər elektron hökümətin inkişafının nəticələri kimi qiymətləndirmək olar. Təəssüf ki, internetdən təhsil, təlim üçün və ya elektron ticarət üçün istifadədə nəzərə çarpan inkişaf yoxdur.
Kompüter istifadəçilərinin elektron biliklərin öyrənliməsi prosesində ən əhəmiyyətli məqam isə xüsusi proqramlaşdırma dilindən istifadə etməklə proqram yazılması olub ki, 2010-cu ilin yekuna nisbətən 0.6 faiz olan bu göstərici, 2014-cü ildə 8.9 faiz olub. Həmçinin internet istifadəçiləri arasında internetdən telefon zəngi kimi istifadə edənlərin sayı yekuna nisbətən 12 faiz artıb, Veb səhifə yaradılması isə 1.5 faizdən 6.9 faizə yüksəlib.
Ölkəmizdə 2010-2014-cü illərdə ev təsərrüfatlarında informasiya və kommunikasiya texnologiyalarına çıxış və istifadədə xeyli irəliləyişlər olsa da, hələ də bəzi sahələrdə inkişaf lazımi səviyyədə deyil.
Məsələn, 860 mindən çox ev təsərrüfatında kompüter(42.7 faiz), 500 mindən çoxunda isə hələ də internetə çıxış yoxdur(24.8 faiz). Əhalinin müəyyən hissəsi üçün kompüter avadanlığı və internetin qiyməti bahadır. Bu isə həmin insanların böyük informasiyadan məhrum olması deməkdir.
Hesab edirik ki, bu inkişafı sürətləndirmək üçün genişzolaqlı xətlərlə internetə qoşulmanın daha da genişlənməsi vacib şərtlərdəndir. Ümumilikdə, bütün sahələrdə müəyyən fərqlə inkişaf olsa da, bununla kiyatlənmək doğru olmazdı.
Murad Məmmədzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri