Hərbiyyə hərbi-vətənpərvərlik düşərgəsi keçiriləcək

06-07-2018 / 15:58

ASAN xidmət, ASAN Könüllüləri Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Sİlahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş Hərbiyyə hərbi-vətənpərvərlik düşərgəsi keçiriləcək.

Xeberler.az məlumat verir ki, Hərbiyyə hərbi-vətənpərvərlik düşərgəsi ASAN Könüllüləri Təşkilatı və Dövlət Sərhəd Xidmətinin hərbi simulyasiya formasında birgə təşkil etdiyi sayca ikinci yay düşərgəsidir.

Qeyd edək ki, əsgər simulyasiya oyunu formasında qurulacaq düşərgə hərbi hissə və səhra şəraitində təşkil olunacaq. Otel və ev şəraitindən fərqli, məişət şəraitli düşərgədə 9 regiondan olan ümumilikdə 100 ASAN könüllüsü iştirak edəcək.

Həmçinin, Hərbiyyə hərbi – vətənpərvərlik düşərgəsinin iştirakçıları müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Həmçinin iştirakçılar üçün müxtəlif muzeylər, komplekslər eləcə də digər tarixi məkanlara ekskursiyalar təşkil olunacaq.

Bildirək ki, düşərgənin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, eləcə də AXC tərəfindən ordu quruculuğu istiqamətində ilk qərarlardan olan Azərbaycan Silahlı Qüvvələrinin yaradılması ilə bağlı iştirakçıları maarifləndirməkdir. Könüllülər eyni zamanda Azərbaycan generallarının həyatı və onların ordu quruculuğundakı xidmətləri, ordu quruculuğu siyasətinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi  istiqamətində görülən işlərlə bağlı məlumatlandırılacaqlar.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə