Previous Next
Bağla

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

26-06-2017 10:29
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir.

Xeberler.az-ın  məlumatına görə, 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdü. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir.

Ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir prosesdir. AXC yarananda Azərbaycanda milli ordu deyilən bir şey yox idi. Ordusuz dövlət yaşaya bilməz. O vaxt isə vəziyyət olduqca gərgin idi. Gənc Azərbaycan Xalq Cümhuriyyətini parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıqdan-açığa öz məkrli fikirlərini bildirirdilər.

Milli dövlətin meydana gəldiyi ilk gündən Ermənistan öz ərazisini Azərbaycan ərazisi hesabına genişləndirmək üçün silahlı cəhdlər göstərməyə başladı.

AXC hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilib.

1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.

Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Qeyd edək ki, 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi ilə münasibətilə hərbi parad keçirilib. Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev hərbi paradlarda çıxış edib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

26-06-2016

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur

26-06-2015

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 101 il ötür

26-06-2019

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 105 il ötür

26-06-2023

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

26-06-2025

Azadlıq meydanında hərbi parad keçirilib

26-06-2018

Milli Müdafiə Universitetinə rektor təyin olunub

30-06-2022

Hərbiyyə hərbi-vətənpərvərlik düşərgəsi keçiriləcək

06-07-2018

Hərbiyyə hərbi-vətənpərvərlik düşərgəsi keçiriləcək

06-07-2018

​Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur

28-05-2015

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilir

28-05-2018

Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbi qulluqçusu şəhid olub

15-09-2022

Azərbaycanda Respublika Günü qeyd olunur

28-05-2016

"Nar" Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik etdi

26-06-2023

İlham Əliyev sərhəddəki vəziyyətlə bağlı operativ müşavirə keçirib

13-09-2022

Misir ordusu “Facebook”da özünə səhifə açdı

18-02-2011

Silahlı Qüvvələrlə bağlı məlumatların mediada yayılmasına görə inzibati məsuliyyət müəyyən edilir

19-12-2023

Qarabağdakı erməni separatçıları ağ bayraq qaldırıb və təslim olublar

20-09-2023

Bu gün Müstəqilliyin Bərpası Günüdür

18-10-2022

28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir

28-05-2021

Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində şəhidlərimiz olub

13-09-2022

ENGİNET şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 manat vəsait ayırıb

30-09-2020

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

15-06-2023

Azərbaycanda kiber ordu yaradıla bilərmi?

04-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə