Previous Next
Bağla

Çağırışçılarla bağlı xidmətlər vahid informasiya sistemi ilə həyata keçiriləcək

03-12-2025 12:26
Çağırışçılarla bağlı xidmətlər vahid informasiya sistemi ilə həyata keçiriləcək

Çağırışçıların və hərbi vəzifəlilərin hərbi vəzifələrinin icrası ilə bağlı elektron xidmətlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

Xeberler.az bildirir ki, bu, Nazirlər Kabinetinin “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Çağırışçılar və hərbi vəzifəlilər tərəfindən hərbi vəzifələrinin icrası ilə əlaqədar elektron kabinet yaradılacaq.

Hazırda hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə məlumat verməlidirlər. Dəyişikliyə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə elektron kabinet vasitəsilə, bu mümkün olmadıqda isə digər vasitələrlə məlumat verməlidirlər. Elektron kabinet vasitəsilə verilən məlumat çağırışçıların və hərbi vəzifəlilərin gücləndirilmiş elektron imzası ilə təsdiq edildikdən sonra Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində SHXÇDX-nin vahid elektron informasiya sisteminə göndəriləcək.

İstisna hal isə Dövlət Təhlükəsizliyi Xidmətinin və ya Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin ehtiyatına keçirilmiş hərbi vəzifəliləri ilə bağlıdır. Dövlət Təhlükəsizliyi Xidmətinin və ya Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqanlar tərəfindən mərkəzləşdirilmiş qaydada aparılır. Həmin hərbi vəzifəlilər yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə məlumat verməlidirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hərbi çağırışçılar və hərbi vəzifəlilər üçün elektron kabinet yaradılacaq

13-12-2024

Çağırışçılar xidmət edəcəkləri hərbi hissəni elektron qaydada öyrənəcək

30-09-2015

Hərbi xidmətin yerini sms-lə öyrənmək mümkünləşdi

31-12-2014

Çağırışçılar hərbi xidmət yerlərini SMS-lə öyrənəcək

01-05-2015

ƏƏSMN-in 66 əməkdaşı səfərbərlik üzrə hərbi xidmətə yola salınıb

30-09-2020

Hərbi xidmətə gedənlər üçün SMS və onlayn bildiriş xidməti aktivləşib

01-07-2015

İtirilmiş hərbi biletlərin yenisi ilə əvəzlənməsi elektron formada həyata keçiriləcək

15-07-2015

Hərbi xidməti harada keçəcəksiniz? - Elektron formada öyrənin

29-06-2016

Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

21-10-2015

Portala inteqrasiya edilən e-arayışların sayı artdı

15-12-2016

Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusu təltif olunub

25-09-2025

Daha bir xidmət “myGov” portalına inteqrasiya edilib

16-04-2025

Daha bir elektron xidmətin adı dəyişdirilib

19-11-2015

Hərbi xidmətlə bağlı məlumatlar “mygov”a inteqrasiya edilib

02-06-2025

“mygov”a hərbi xidmətlə bağlı yeni funksiyalar əlavə olunub

20-08-2025

Dövlət Xidmətinin baş idarə rəisinə ali hərbi rütbə verilib

30-09-2025

XRİTDT-nin hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb

27-01-2025

“Elektron hökumət” portalına yeni xidmətlər əlavə edilib

28-08-2015

Həqiqi hərbi xidmətə çağırılanlarla bağlı bəzi kateqoriyalar üzrə yekun tibbi müayinə necə aparılır?

01-07-2024

Nazirlik əsgər valideynlərinə telefon danışığı ilə bağlı müraciət etdi-Video

03-07-2017

Ali baş komandan İlham Əliyev DTX əsgərlərinin andiçmə mərasimində iştirak edib

17-09-2018

Kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib

07-05-2026

Ermənistan hərbi-sənaye kompleksini yenidən qurur

16-12-2020

Ermənilərin daha bir saxtakarlığı aşkar edildi

07-11-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə