“Hesab.az” istifadəçisi olmaq həmişə qazandırır!

19-05-2021 / 16:40

Azərbaycanda onlayn ödəmələr sahəsində lider olan Goldenpay/Hesab.az onlayn xidmətlər platforması ilə Bakcell şirkətinin birgə təqdim etdikləri kampaniya ilə istifadəçilər pulsuz dəqiqə, megabayt, 2-QAT Bonus qazandılar.

“Bakcell“ və “Hesab.az” ın birgə təqdim etdiyi kampaniyada 05 Aprel - 05 May tarixləri arasında qeydiyyatlı şəkildə Hesab.az-dan Bakcell nömrələrinin balansını artıran istifadəçilər iştirak edə bildilər.

Beləliklə də, etdikləri ödəniş məbləğinə görə Hesab.az istifadəçiləri həmin an əlavə hədiyyə dəqiqə və ya megabayt və eyni zamanda da, “Ulduzum” kodu ilə edilən Bakcell ödənişlərində 2-QAT Bonus qazandılar. Uzun illərdir davam edən uğurlu əməkdaşlıq çərçivəsində Bakcell/ Ulduzum -a aid sosial media səhifəsində Hesab.az-ın sponsorluğu ilə Giveaway keçirilib. 20-23 Aprel tarixlərində davam edən yarışmada şərtlərə düzgün əməl edən istifadəçi Hesab.az saytı tərəfindən 100 AZN dəyərində Hesab Koin qazandı. Qalib şəxsin Hesab.az-dakı hesabına artıq 100 AZN dəyərində Hesab Koin yüklənmişdir.

“Hesab.az” Ramazan bayramında həyata keçirdiyi, istifadəçilərini 2 Qat qazandıran bayram kampaniyası ilə sevindirməyi də unutmadı. Kampaniyada 9-15 May tarixlərində qeydiyyatlı hesabdan istənilən məbləğdə edilən hər ödəniş üçün, anında 2-QAT Hesab Koinlər və ya Bonuslar qazandılar.

Hesab Koin, “Qazananlar Klubu” çərçivəsində istifadəçilərə təklif olunan onlayn ödənişlər üçün nəzərdə tutulan Hesab.az-ın virtual məhsulu hesab olunur. Hesab Koinlərə və Bonuslara “Dərhal dəyiş” bölməsində hədiyyə və endirimlər təklif olunur. Eyni zamanda ödənişlər qarşılığında qazanılan Hesab Koinlər növbəti ödənişlər üçün sərf edilə bilər.

Yeni layihə və kampaniyalar üzərində səylə çalışan Hesab.az komandası, yaxın zamanda istifadəçilərini sevindirməyə davam edəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə