Previous Next
Bağla

Hesab.az tezliklə istifadəçilərini sevindirəcək

17-06-2019 08:38
Hesab.az tezliklə istifadəçilərini sevindirəcək

Azərbaycanda onlayn ödəmələr sahəsində lider olan Hesab.az portalı gün keçdikcə öz yenilikləri ilə istifadəçilərinin günlük həyatdakı işlərini, qayğılarını azaltmağa və  onlara yaşam rahatlığı təmin etməyə davam edir.

Xeberler.az bildirir ki, Hesab.az istifadəyə verildiyi gündən bu günə kimi funksiyalarının rahatlığı və funksionallığı ilə rəğbət qazanmışdır.

Artıq 450 mindən çox qeydiyyatlı istifadəçi Hesab.az saytının üstünlüklərindən yararlanır. Hər ay minlərlə yeni istifadəçi Hesab.az saytında qeydiyyatdan keçir. Buna Hesab.az-ın il ərzində təqdim etdikləri funksional yenilikləri, həmçinin də həyata keçirilən kampaniyalar səbəb olur. Yüksək xidmət göstəriciləri sayəsində istifadəçilərdən olduqca müsbət rəylər gəlir və məmnuniyyət səviyyəsi yüksəlir.

Mobil tətbiq vasitəsiylə hərzaman və hər yerdə dəqiqələr hətta saniyələr içində ödənişlərinizi həyata keçirə bilərsiniz. Bunun üçün sadəcə istifadəçilər mobil tətbiqi  App Store və Play Store -dan yükləyə bilərlər. Xüsusiylə də mobil tətbiq yolda, səyahətdə, kompüterin sizinlə olmadığı yerlərdə sizə daha çox yardımçı olacaq. Beləliklə də ödəmələriniz zamanı əlavə vaxt itkisinə ehtiyac olmadan sizə ən yaxın və əlçatan vasitədən yəni, mobil telefonunuzdan istifadə edərək təhlükəsiz şəkildə ödəyəcəksiniz.

Bu yaxınlarda Hesab.az  QR barkod ilə ödənişin tətbiqinə ilkin olaraq parkinq ödənişi ilə başladılar. Belə ki, Hesab.az mobil təbiqində  Ana səhifədə “Parking ödənişləri” bölməsinə daxil olaraq QR kod  ilə istənilən bank kartı vasitəsiylə anında Gənclik Mall, 28 Mall, Port Baku, Garage Parking-da həyata keçirə biləcəksiniz. Komissiyasız ödəniş edərkən eyni zamanda bonuslar da qazanacaqsınız.

Eyni zamanda Paşa sığorta və Atəşgah sığortadan icbari avtomobil sığortanızı növbələrdə gözləmədən  bir neçə dəqiqə ərzində ala bilirsiniz. Onlayn bilet alışı xidməti ilə biletləri öncədən rahat şəkildə almaq imkanınız vardır.Müxtəlif xidmətlərin əlavə olunması ilə yanaşı avtomatik ödəmə təlimatı da istifadəçilərin rahatlığını təmin edən funksiyalardan biri oldu. Müxtəlif qazandıran kampaniyalar, müsabiqələr istifadəçilərin olduqca böyük marağına səbəb olur. İyun ayı ərzində də kampaniyalar davam edəcək və istifadəçilərə müxtəlif hədiyyələr qazandıracaq.

Onlayn  alış-veriş portalı kimi fəaliyyət göstərə bilmək, QR barkod ilə ödəniləcək  xidmətlərin sayının artması, funsionallıqlarda dəyişikliklər, yeni xidmətlərin əlavə olunması kimi bir çox yeniliklər ilə Hesab.az tezliklə istifadəçilərini sevindirəcək. Daha geniş əhatəli xidmət göstəməyə çalışan Hesab.az komandası dayanmadan yeniliklər planlayır və fəaliyyət göstərdiyi bazarda ilk tətbiq edən olmağa çalışır.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

 
 
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hesab.az-dan çoxdan gözlənilən yenilik

29-04-2019

Hesab.az-dan avtomobil sahiblərini sevindirəcək yenilik

09-02-2019

Hesab.az platformasında növbəti hədiyyəli kampaniya başladı

14-11-2019

Hesab.az Ramazan kampaniyası keçirir

07-05-2019

Hesab.az-da “Hərrac” başlayır!

04-07-2019

Hesab.az –dan növbəti Ramazan kampaniyası

07-06-2019

Hesab.az yeni mövsümdə istifadəçilərini 2-QAT qazandıracaq

10-09-2021

Sevgililər günündə Hesab.az istifadəçiləri sevindirdi

15-02-2020

Hesab.az onlayn ödəniş sahələrini  genişləndirir

15-04-2020

Hesab.az yeni funksiyanı istifadəçilərə təqdim edib

03-03-2020

Hesab.az-da başlayan hərrac başa çatıb

03-09-2019

Hesab.az Bakcell ilə birgə yeni kampaniyaya start verib

18-01-2019

“ƏDV Geri Al” artıq Hesab.az platformasında!

26-08-2021

Hesab.az hər zaman qazanan olmağı vəd edir

15-04-2019

“Goldenpay“ şirkəti 14 ildir ki, vaxtınıza dəyər qatır!

15-07-2021

PAŞA Bank kartlarının balansı artıq Hesab.az-da

01-09-2021

Hesab.az mobil tətbiqi artıq daha yeni, rahat və funksionaldır!

24-08-2021

Hesab.az Xalq Bank ilə əməkdaşlıq edəcək

03-04-2020

Hesab.az-da ödənişlər hədiyyə qazandırır

09-12-2019

Hesab.az QR kod ilə ödənişi genişləndirir!

18-07-2019

Hesab.az –dan qadınları sevindirən  kampaniyalar

13-03-2019

Hesab.az Novruz bayramı ilə bağlı kampaniya həyata keçirir

19-03-2019

Hesab.az-da Xalq Bank kartı ilə ödənişlər qazandırır

27-12-2019

Hesab.az hər kəsi 2-QAT qazandıracaq kampaniya başladıb

01-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə