Previous Next
Bağla

PAŞA Bank kartlarının balansı artıq Hesab.az-da

01-09-2021 15:40
PAŞA Bank kartlarının balansı artıq Hesab.az-da

Azərbaycanda onlayn ödəmələr sahəsində lider olan Hesab.az onlayn xidmətlər platforması ölkənin aparıcı banklarından biri PAŞA Bank ilə birgə yeni xidmət təqdim edib.

İstifadəçilərin rahatlığını təmin etmək və vaxtlarına qənaət etmək üçün müxtəlif ödənişləri bir arada cəmləşdirən Hesab.az, təqdim etdiyi xidmətlərin sayını artırmaqla fəaliyyət çevrəsini daim genişləndirir. Son vaxtlar ard-arda texnoloji yeniliklərə imza atan onlayn ödəniş platforması, istifadəçilərini daha bir yeni xidmət ilə sevindirib.

Belə ki, platformada PAŞA Bank müştərilərinə təhlükəsiz və operativ şəkildə kart hesablarını öyrənmək imkanı yaradılıb. İstifadəçilər artıq Hesab.az saytı, yaxud mobil tətbiqi üzərindən “Kartlarım/Hesablarım” bölməsində PAŞA Bank kartının məlumatlarını daxil etməklə balanslarını izləyə bilərlər.

Qeyd edək ki, bu xidmətdən yararlanan istifadəçilər PAŞA Bank kartının məlumatlarını yalnız bir dəfə daxil edəcək. Bununla da, kartın balansını öyrənmək üçün platformada çoxsaylı səhifələrdə müxtəlif əməliyyatlar icra etməyə ehtiyac qalmayacaq. Beləliklə, balans müvafiq bölmədə kart məlumatlarının alt hissəsində daima əks olunacaq və real vaxt rejimində izlənə biləcək.

Hesab.az - Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. 2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, mobil, internet, bank kreditləri, onlayn sığorta və digər xidmətlərin alışı/ödənişi mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ƏDV Geri Al” artıq Hesab.az platformasında!

26-08-2021

Hesab.az yeni mövsümdə istifadəçilərini 2-QAT qazandıracaq

10-09-2021

Hesab.az platformasında növbəti hədiyyəli kampaniya başladı

14-11-2019

Hesab.az –dan növbəti Ramazan kampaniyası

07-06-2019

Hesab.az-dan avtomobil sahiblərini sevindirəcək yenilik

09-02-2019

Hesab.az-da başlayan hərrac başa çatıb

03-09-2019

Hesab.az onlayn ödəniş sahələrini  genişləndirir

15-04-2020

Hesab.az mobil tətbiqi artıq daha yeni, rahat və funksionaldır!

24-08-2021

Hesab.az Bakcell ilə birgə yeni kampaniyaya start verib

18-01-2019

Hesab.az-da “Hərrac” başlayır!

04-07-2019

Hesab.az yeni funksiyanı istifadəçilərə təqdim edib

03-03-2020

Hesab.az Xalq Bank ilə əməkdaşlıq edəcək

03-04-2020

PAŞA Sığorta və Hesab.az-dan avtomobil sahiblərinə xoş xəbər!

03-03-2022

“Goldenpay“ şirkəti 14 ildir ki, vaxtınıza dəyər qatır!

15-07-2021

Hesab.az-dan çoxdan gözlənilən yenilik

29-04-2019

Sevgililər günündə Hesab.az istifadəçiləri sevindirdi

15-02-2020

Hesab.az Ramazan kampaniyası keçirir

07-05-2019

Hesab.az bu yay istifadəçilərini həm yeniliklər, həm də qazandıran kampaniyalarla sevindirdi

17-09-2021

Hesab.az hər kəsi 2-QAT qazandıracaq kampaniya başladıb

01-10-2021

Hesab.az tətbiqində hər kəsə Hesab Koin hədiyyə!

14-01-2022

Bank Respublika və Hesab.az fintex sahəsində bir ilkə imza atdılar

18-08-2021

Hesab.az-dan 14 AZN məbləğində cashback kampaniyası!

16-12-2021

Hesab.az-da ödənişlər hədiyyə qazandırır

09-12-2019

Hesab.az və Bakcell şirkətindən HƏDİYYƏ internet qazan!

25-11-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə