İcbari Sığorta Bürosu (İSB) rəqəmsal xidmətlərin genişləndirilməsi, vətəndaşların sığorta məlumatlarına çıxışının asanlaşdırılması və məlumatlandırma imkanlarının təkmilləşdirilməsi istiqamətində daha bir yeniliyi həyata keçirib.
Xeberler.az məlumat verir ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində İcbari Sığorta Bürosunun informasiya sistemi ilə “mygov” rəqəmsal hökumət platforması arasında inteqrasiya təmin edilib. Yeni inteqrasiya nəticəsində vətəndaşlar icbari sığorta müqavilələri ilə bağlı bildirişləri artıq “mygov” platforması vasitəsilə də əldə edə bilərlər.
Bildirişlər avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası və daşınmaz əmlakın icbari sığortası üzrə müqavilənin qeydiyyatı, sığorta haqlarının ödənilməsi, müqavilələrin qüvvədə olma müddətinin başa çatması, müqavilələrin statusunda baş verən dəyişikliklər və digər müvafiq halları əhatə edir.
Bu yenilik vətəndaşların sığorta müqavilələri ilə bağlı məlumatları vaxtında və rahat şəkildə əldə etməsinə, məlumatlandırma kanallarının genişləndirilməsinə və rəqəmsal xidmətlərin əlçatanlığının artırılmasına xidmət edir.
İcbari Sığorta Bürosu dövlət informasiya sistemləri ilə inteqrasiyanın genişləndirilməsi, sığorta sahəsində rəqəmsal həllərin tətbiqi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları