Previous Next
Bağla

İctimai yerlərdə quraşdırılan Wi-Fi sistemi aktivləşdi

18-03-2017 13:48
İctimai yerlərdə quraşdırılan  Wi-Fi sistemi aktivləşdi

Bu gün Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai İnternet” şəbəkəsinin açılışı olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberler.az-a verilən məlumata  görə, artıq bu gündən etibarən paytaxt sakinləri və şəhərimizin qonaqları Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərində pulsuz internetdən uğurla istifadə edə bilərlər.

Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərinin ictimai internetlə təchiz olunması üçün Çinin Huawei  şirkətinin avadanlıqları (Access Point) quraşdırılıb. Sözügedən ərazi üzrə 122 qoşulma nöqtəsi mövcuddur ki, bu da təxminən 8 minədək insanın eyni anda internetə çıxışını təmin edir.

Tezliklə Dənizkənarı Milli Parkın Ağ Şəhər ərazisi də “İctimai İnternet” şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək.

Layihə çərçivəsində bir sıra təhlükəsizlik tədbirləri, eləcə də, risklər nəzərə alınaraq proqram təminatı və şəbəkə yerli və beynəlxalq mütəxəssislər tərəfindən test edilib.

Bundan başqa, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi də pulsuz internetlə təchiz edilib. Çinin ZTE şirkətinə məxsus avadanlıqlarla burada 33 qoşulma nöqtəsi yaradılıb ki, bu da 2 mindən çox insana xidmət imkanı verir. 

Qeyd edək ki, xüsusi yanaşma tələb edən memarlıq abidələrinin ərazilərində işlər mütəxəssis nəzarəti altında dizayna xələl gətirməmək şərti ilə xüsusi həssaslıqla görülüb.

Layihənin icrası zamanı dünya təcrübəsi nəzərə alınıb. Şəbəkənin səmərəli paylanmasını və təhlükəsizlik tədbirlərini nəzərə alaraq sürət həddi və saat limiti də beynəlxalq standartlara əsasən müəyyənləşdirilib. 

İlin sonuna qədər bir sıra parkların da pulsuz internetlə təmin edilməsi nəzərdə tutulur. Bundan başqa, Heydər Əliyev Mərkəzinin parkında da bu istiqamətdə işlər həyata keçiriləcək.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İctimai yerlərdə quraşdırılan Wi-Fi-dan nə vaxt istifadə etmək olacaq?

10-03-2017

Bakının bəzi yerlərində pulsuz Wi-Fi olacaq

23-08-2016

Bu ərazilərdə də pulsuz Wi-Fi istifadəyə verildi

21-06-2017

Bu ərazilərdə də pulsuz Wi-Fi istifadəyə verildi

30-08-2017

İzmir parkında da pulsuz Wi-Fi aktivləşib

01-11-2017

İslam Oyunlarında bu ərazilərdə pulsuz internet olacaq

02-05-2017

Bu parklarda da pulsuz Wi-Fi aktiv edildi

27-09-2017

Bu parklarda da pulsuz Wi-Fi olacaq

12-10-2017

Bu ərazilərdə də pulsuz Wi-Fi olacaq

12-09-2017

Dədə Qorqud parkında pulsuz Wi-Fi aktiv edildi

05-10-2017

Pulsuz internet istifadə et, noutbuk qazan

20-09-2017

Pulsuz Wi-Fi istifadə edənlərin sayı 500 mini keçdi

14-08-2017

Bu ərazilərdə pulsuz Wi-Fi istifadəyə verildi

10-05-2017

Bakıda bu ərazilərdə də pulsuz Wi-Fi olacaq

12-06-2017

Bakı bulvarında pulsuz “Wi-Fi” sistemi tətbiq ediləcək

04-09-2013

Nazir: “Bakının bütün parkları pulsuz Wi-fi ilə təmin olunacaq”

29-09-2017

Pulsuz Wi-Fi-dan istifadə edənlərin sayı 4 milyonu ötüb

22-03-2018

Bulvarda pulsuz Wi-Fi-dan necə istifadə etmək olar?

28-03-2017

Bakı bulvarının gəzinti katerlərində pulsuz internet olacaq

20-04-2015

Pulsuz Wi-Fi istifadəçilərin sayı 1 milyonu ötdü

29-09-2017

Avropa Oyunları ilə bağlı Bulvarda İnternetə əlçatımlıq yaxşılaşacaq

30-04-2015

MilliNet 2016-nın qalibləri açıqlanıb-Fotolar

23-12-2016

Gəncənin hər yerində Wi-Fi var

06-08-2015

Pulsuz internet təhlükəsiz deyil, bəs nə edək?

15-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə