Previous Next
Bağla

Bulvarda pulsuz Wi-Fi-dan necə istifadə etmək olar?

28-03-2017 19:14
Bulvarda pulsuz Wi-Fi-dan necə istifadə etmək olar?

Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində istifadəyə verilən “İctimai Wi-Fi”-a qoşulmaq üçün istifadəçilər qeydiyyatdan keçməlidir.

Xeberler.az Baktelecom-a istinadən bildirir ki, qeydiyyat üçün istifadəçilər mobil telefon, notebook, planşet və s. portativ cihazlarda şəbəkə siyahısında “Baktelecom”-u seçməlidirlər.

İstifadəçi açılan “Phone number” xanasına öz mobil telefon nömrəsini yazır və “Get password” düyməsini aktiv edir. Daha sonra sistem tərəfindən istifadəçinin mobil nömrəsinə SMS-lə şifrə göndərilir.

Bu şifrə 3 saat ərzində aktivdir.

 İstifadəçi şifrəni “Password” xanasına daxil edərək ”Log In” düyməsini aktivləşdirir. İstifadə qaydaları ilə razılaşan hər bir istifadəçinin cihazı “İctimai Wi-Fi”a qoşulur. SMS-lə göndərilən şifrə ilə yalnız 1(bir) cihazın pulsuz internetə qoşulması təmin olunur.

İstifadəçi 1 saat pulsuz internetdən yararlanır. Bu müddət kifayət etmədikdə istifadəçi gün ərzində daha iki dəfə pulsuz xidmətdən faydalana bilər.

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə