“IDDA Awards” innovasiya müsabiqəsinə qeydiyyat davam edir

18-09-2023 / 15:43

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yerli innovasiya ekosisteminin inkişafına önəmli töhfə verən potensial oyunçuları təşviq etmək məqsədilə “IDDA Awards” müsabiqəsini elan edir.

Agentlikdən Xeberler.az-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd ekosistemin ən perspektivli innovatorlarını aşkar etmək, onları geniş ictimaiyyətə tanıtdırmaq və innovasiya sahəsinə olan marağı artırmaqdır.

“IDDA Awards” müsabiqəsinin qeydiyyat prosesinə sentyabrın 12-dən start verilib. Müraciət nominasiyaların meyarlarına cavab verən hər kəs üçün açıqdır. Müsabiqənin şərtləri ilə tanış olmaq və müvafiq nominasiyalar üzrə namizədliyini irəli sürmək istəyən şəxslər və ya müəssisələr awards.idda.az veb-səhifəsi üzərindən qeydiyyatdan keçə bilərlər.

Son qeydiyyat tarixi oktyabrın 6-dır.

Mükafatlandırma mərasimi dekabrın 1-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəsmi tərəfdaşı olduğu və “Pasha Holding” Şirkətlər Qrupunun təşkilatçılığı ilə keçiriləcək “Inmerge Innovation Summit”də baş tutacaq və nominasiyaların bütün finalçıları tədbirə dəvət olunacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə