Previous Next
Bağla

“Enterprise Azerbaijan” “IDDA Awards 2025” müsabiqəsində iştirak edir

04-11-2025 17:56
“Enterprise Azerbaijan” “IDDA Awards 2025” müsabiqəsində iştirak edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı “IDDA Awards 2025” – innovasiya liderləri müsabiqəsində “İlin Ekosistem Oyunçusu” (Ecosystem Player of the Year) nominasiyası üzrə 11 namizəd arasında yarışır.

Xeberler.az bildirir ki, “IDDA Awards” – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA) tərəfindən təsis edilən mükafatlandırma mərasimidir. Bu təşəbbüs ölkənin innovasiya ekosisteminin inkişafına töhfə verən fərd və təşkilatların fəaliyyətini tanıtmaq, ekosistemin ən perspektivli innovatorlarını önə çıxarmaq, onların fəaliyyətinə dəstək olmaq, həmçinin innovasiya sahəsində sağlam rəqabət və maraq mühiti formalaşdırmaq məqsədi daşıyır.

Bu il “IDDA Awards” üzrə mükafatlandırma 8 nominasiya üzrə həyata keçirilir. Müsabiqə ictimaiyyət üçün açıqdır, hər kəs müvafiq nominasiyalara uyğun meyarlara cavab verən məlumatları təqdim etməklə iştirak üçün müraciət edə bilər.

“Enterprise Azerbaijan” portalı innovasiya, sahibkarlıq və rəqəmsal iqtisadiyyat sahəsində həyata keçirdiyi təşəbbüslərlə ekosistemin inkişafına mühüm töhfə verən milli platformadır. Portal innovativ ideyaların reallaşdırılması, startapların və sahibkarların dəstəklənməsi, həmçinin beynəlxalq əməkdaşlıqların genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Hazırda ictimai səsvermə mərhələsi davam edir və 27 noyabr 2025-ci il tarixində yekunlaşacaq.

İstənilən şəxs https://awards.idda.az/az saytına daxil olaraq “İlin Ekosistem Oyunçusu” nominasiyası üzrə “Enterprise Azerbaijan” portalına səs verə bilər. “Enterprise Azerbaijan” ölkə innovasiya ekosisteminin formalaşmasında və inkişafında aktiv iştirakını davam etdirir. Cari il ərzində portalın "Startup School 3“ layihəsi çərçivəsində 125 startap komandası təlim sessiyalarına cəlb edilib, onlara müxtəlif istiqamətlər üzrə (yaşıl iqtisadiyyat, süni intellekt, rəqəmsallaşma, əqli mülkiyyət və patentləşmə, marketinq, satış strategiyaları, biznes və məhsul inkişafı, liderlik və komanda idarəetməsi və s.) 45 saatlıq təlimlər verilib.

Müsabiqədə “Enterprise Azerbaijan”a səs verməklə portalın startap ekosistemində məhsuldar fəaliyyətinə və inkişafına dəstək ola bilərsiniz.

Səsvermə üçün link: https://awards.idda.az/az/nominees/525

Son tarixi: 27 noyabr 2025-ci il

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“IDDA Awards” innovasiya müsabiqəsinə qeydiyyat davam edir

18-09-2023

“IDDA Awards 2023”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib

01-12-2023

"digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" tədbiri keçirilib

13-12-2024

“IDDA Awards”ın mükafatlandırma mərasimi keçirilib

17-12-2025

İRİA nümayəndəsi: İnnovasiya Mərkəzinin 111 texnopark rezidenti var

13-12-2024

İİTKM-də yeni kadr təyinatları olub

20-02-2025

İİTKM “Startup School 3” layihəsinə start verir

16-04-2025

“Enterprise Azerbaijan” yeni startap məktəbinin infosessiyalarına başlayır

21-04-2025

“Startup School 3” layihəsi müzakirə edilib

27-02-2025

İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə görüşüb

15-08-2025

“Enterprise Azerbaijan” portalı startap komandaları arasında intellektual yarış keçirəcək

10-10-2024

Nazirliyin sistemi “İlin Rəqəmsal Layihəsi” seçildi

15-12-2022

“Startup School 2” layihəsinin final mərhələsi keçiriləcək

05-12-2024

“Startup School 3” çərçivəsində memorandum imzalanıb

21-06-2025

"Startup School 3" layihəsinin açılış mərasimi keçirilib

08-08-2025

“Startup School” məzunları “Failory” beynəlxalq platformasında yer alıb

19-02-2026

“Startup School 3” layihəsində təlim sessiyaları başa çatıb

16-09-2025

ADPU-da “Startup School 4” layihəsi təqdim edilib

16-04-2026

Azərbaycanda Rəqəmsal Məcəllə hazırlanıb

13-12-2024

“Enterprise Azerbaijan” beynəlxalq əməkdaşlıq görüşündə təmsil olunub

28-01-2026

“Azərbaycan İnnovasiya Mükafatı”nı qazanmaq istəyənlər üçün müraciətlərin qəbuluna başlandı

26-08-2020

"Enterprise Azerbaijan" və "Licorne Gulf Qatar" arasında Memorandum imzalanıb

17-09-2025

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025

Azərbaycanda bu günədək 5 akselerasiya proqramı həyata keçirilib

13-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə