Previous Next
Bağla

"digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" tədbiri keçirilib

13-12-2024 17:20
"digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" tədbiri keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən oyunçuların mükafatlandırılmasına həsr olunmuş "digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" mərasimini keçirib.

Xeberler.az məlumat verir ki, açılış nitqində İRİA-nın sədri İnarə Vəliyeva bildirib ki, əsas məqsəd Azərbaycanı regionda rəqəmsal sahədə lider dövlətə çevirməkdir. "Hazırda ölkəmizdə sənədlər rəqəmsallaşır və artıq kağıza ehtiyac qalmır. Bizim səylərimiz insanların növbələrdə vaxt itirməməsi, bütün xidmətlərin rəqəmsallaşmasıdır. Agentliyin bütün rəqəmsal xidmətlərinin mərkəzində vətəndaş məmnuniyyəti dayanır", -deyə İ.Vəliyeva əlavə edib.

İki hissədən ibarət tədbirin birinci hissəsində İRİA-nın il ərzində fəaliyyətinin yekununa dair hesabatlar təqdim edilib. İlk olaraq İRİA-nın İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov innovasiya sahəsində görülən işlər, yaradılan yeni imkanlar və ekosistemin inkişafına yönəlmiş təşəbbüslər barədə danışıb.

Tədbirin davamında İRİA-nın sədr müavini Şahin Əliyev çıxış edib. O, Agentlik tərəfindən kibertəhlükəsizlik sahəsində, xüsusilə yeni və peşəkar kadrların hazırlanması istiqamətində görülən işlərdən, il ərzində həyata keçirilən təlim proqramları, gənclərimizin yerli və beynəlxalq yarışlarda aktiv iştirakı, bu sahəyə yönələn təşəbbüslər və gənc mütəxəssislərin yetişdirilməsi barədə ətraflı məlumat verib.

Daha sonra ölkədə rəqəmsallaşma, vətəndaşyönümlü rəqəmsal xidmətlərin inkişafı və ümumilikdə rəqəmsal hökumət sahəsində il ərzində görülən işlərin hesabat təqdimatı ilə İRİA-nın sədr müavini Rəşad Xalıqov çıxış edib.

Tədbirin ikinci hissəsində “IDDA Awards” müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib. İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina açılış nitqində bütün müsabiqə iştirakçılarına təşəkkürünü bildirib. “Hər bir iştirakçı ekosistemə dəyər qatır. Məqsədimiz fəallığı ilə seçilən oyunçuların nailiyyətlərini ölkə miqyasında tanıtmaqdır”, - deyə Y.Bikmurzina əlavə edib.

11 nominasiya üzrə müsabiqəyə qoşulan iştirakçılar arasından "İlin Startapı", "İlin Rezidenti", "İKT-də İlin Qadını" və digər kateqoriyalar üzrə qaliblər elan edilib.

Qeyd edək ki, “IDDA Awards” müsabiqəsinin keçirilməsində əsas məqsəd ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq, onların fəaliyyətini dəstəkləmək, ölkə innovasiyasının inkişafında aktiv iştirak edən oyunçular arasında rəqabət mühiti yaratmaqdır. Bu il “IDDA Awards” üzrə mükafatlandırma 11 nominasiya üzrə həyata keçirilib. Seçim və ictimai səsvermə nəticəsində hər nominasiya üzrə 5 finalçı seçilib.

Tədbirdə Azərbaycanın tanınmış texnologiya blogerləri, ekosistem oyunçuları, startapçılar və İKT icmasının üzvləri iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İRİA: Azərbaycanı rəqəmsal sahədə lider dövlətə çevirmək məqsədimizdir

13-12-2024

İRİA nümayəndəsi: İnnovasiya Mərkəzinin 111 texnopark rezidenti var

13-12-2024

Azərbaycanda bu günədək 5 akselerasiya proqramı həyata keçirilib

13-12-2024

“IDDA Awards”ın mükafatlandırma mərasimi keçirilib

17-12-2025

İnarə Vəliyeva: Təhsil sahəsində xüsusi proqramları davam etdiririk

13-12-2024

“IDDA Awards 2023”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib

01-12-2023

“Enterprise Azerbaijan” “IDDA Awards 2025” müsabiqəsində iştirak edir

04-11-2025

“Digital Bridge”-də 1 milyarddan çox tranzaksiya həyata keçirilib

13-12-2024

İRİA “Digital Azerbaijan” brendini təqdim edib

01-12-2023

Azərbaycanda Rəqəmsal Məcəllə hazırlanıb

13-12-2024

“IDDA Awards” innovasiya müsabiqəsinə qeydiyyat davam edir

18-09-2023

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025

Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir

23-05-2025

İRİA: ICPC Azərbaycanda startapların sayının artmasına töhfə verəcək

04-09-2025

Paytaxtda “Bakı İnvestisiya Günü” keçiriləcək

06-07-2023

Nazirliyin sistemi “İlin Rəqəmsal Layihəsi” seçildi

15-12-2022

Azərbaycanda ilk beynəlxaq oyun inkubasiya proqramı keçirilib

11-08-2025

“Azərbaycan İnnovasiya Mükafatı”nı qazanmaq istəyənlər üçün müraciətlərin qəbuluna başlandı

26-08-2020

“Hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” mövzusu müzakirə olunub

17-11-2024

İRİA və KOİCA-nın təlimlərində 40-dan çox startapçı və startap mentoru məzun olub

08-02-2024

“Ecosystem Meetup” tədbiri keçirilib

15-03-2024

“Microsoft” Azərbaycanda startaplar üçün dəstək proqramını təqdim edib

16-01-2025

“Xsolla” və Azərbaycanın aparıcı oyun studiyaları arasında görüş keçirilib

13-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə