Previous Next
Bağla

İKT üzrə ən yaxşı kitab yazanlar mükafatlandırılacaq

26-10-2016 14:28
İKT üzrə ən yaxşı kitab yazanlar mükafatlandırılacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəmizdə telefon rabitəsinin yaradılmasının 135 illiyinə həsr olunmuş müsabiqə davam edir.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, müsabiqə informasiya və telekommunikasiya texnologiyaları (İKT) üzrə aşağıdakı nominasiyalar üzrə keçirilir:

İKT üzrə ən yaxşı kitab

İKT üzrə ən yaxşı elmi məqalə

Nominasiyalar üzrə müsabiqəyə materialların qəbulu 10.10.2016-cı il tarixindən 10.11.2016-cı il tarixinə kimi aparılacaq.

Materiallar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı şöbəsinə zərfdə təqdim olunur. Zərfin üzərinə “Müsabiqə üçün təqdim olunur” sözləri yazılmalıdır.
Ünvan: AZ 1000 Bakı şəhəri, Z. Əliyeva küçəsi 77

Materiallara olan tələblər.

“İKT üzrə ən yaxşı kitab” nominasiyaya üzrə 2014-2016-ci ildə nəşr edilmiş kitablar qəbul edilir. Kitablar 1(bir) nüsxədə təqdim edilir. Azərbaycan dilində nəşr olunmuş kitablara üstünlük verilir.

“İKT üzrə ən yaxşı elmi məqalə” nominasiyaya üzrə 2015-2016-cı illərdə çap olunmuş elmi məqalələr (tezis və konfrans materialları istisna olmaqla) qəbul edilir. Elmi məqalələr çap olunduğu jurnalın üz qapağı, mündəricatı, məqalənin sürəti (ottiski) və internet ünvanı göstərilməklə kağız formasında 2 (iki) nüsxədə təqdim edilir. İmpakt faktorlu jurnallarda çap olunmuş praktiki əhəmiyyətli elmi məqalələrə üstünlük verilir

Materiallarla birlikdə müsabiqədə iştirak edən müəllif barədə anket məlumatları (adı, soyadı, elmi dərəcəsi, iş yeri və vəzifəsi, əlaqə telefonu və elektron poçt ünvanı) təqdim olunmalıdır. Müsabiqəyə təqdim olunan kitab və ya elmi məqalənin həmmüəllifləri olduğu təqdirdə, əlavə olaraq müsabiqədə iştirakla bağlı onların yazılı razılığı tələb olunur.

Bir müəllif yalnız bir nominasiyada və bir elmi məqalə və ya kitab ilə iştirak edə bilər. Tələblərə uyğun olmayan materiallar müsabiqəyə buraxılmır. Müsabiqəyə təqdim olunmuş kitab və elmi məqalələr geri qaytarılmır.

Nominasiyalar üzrə qəbul olunmuş kitab və məqalələr münsiflər heyəti tərəfindən qiymətləndirilir və qaliblər müəyyən edilir. Qaliblər 6 dekabr- rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ərəfəsində açıqlanacaqdır.

I, II və III yerin qalibi qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Əlavə məlumat üçün [email protected] elektron poçtuna yaza bilərsiniz.

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqə elan edir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqə elan edir

07-10-2016
Jurnalistlər üçün “Innoweek – İnnovasiya həftəsi 2020”-yə həsr olunmuş müsabiqə elan olunub

Jurnalistlər üçün “Innoweek – İnnovasiya həftəsi 2020”-yə həsr olunmuş müsabiqə elan olunub

09-12-2020
Telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan olunub

Telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan olunub

21-10-2021
Azercell-in dəstəklədiyi “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində maraqlı tədbirlər gözlənilir

Azercell-in dəstəklədiyi “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində maraqlı tədbirlər gözlənilir

12-12-2020
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müsabiqə elan edir

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müsabiqə elan edir

12-10-2010
İnformatikada işlədilən terminlərin 3 dildə izahı-Yeni kitab

İnformatikada işlədilən terminlərin 3 dildə izahı-Yeni kitab

28-03-2017
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər jurnalının ilk buraxılışı hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər jurnalının ilk buraxılışı hazırlanır

23-11-2018
RYTN jurnalistlər arasında müsabiqə elan edir

RYTN jurnalistlər arasında müsabiqə elan edir

01-11-2016
İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

30-10-2025
Qrant müsabiqəsində 121 startap mübarizə aparır

Qrant müsabiqəsində 121 startap mübarizə aparır

03-09-2016
Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi birgə qrant müsabiqəsi elan edib

Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi birgə qrant müsabiqəsi elan edib

05-09-2013
Elmi jurnalın saytı necə işlənilməlidir?

Elmi jurnalın saytı necə işlənilməlidir?

29-09-2017
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

18-06-2025
MEDİA jurnalistlər üçün müsabiqə elan edib

MEDİA jurnalistlər üçün müsabiqə elan edib

13-05-2026
Azərbaycan alimlərinin İKT-dəki fəaliyyəti beynəlxalq aləmdə yüksək qiymətləndirilib

Azərbaycan alimlərinin İKT-dəki fəaliyyəti beynəlxalq aləmdə yüksək qiymətləndirilib

30-12-2025
İT-nin İnkişafı Dövlət Fondu 3-cü qrant müsabiqəsini elan edir

İT-nin İnkişafı Dövlət Fondu 3-cü qrant müsabiqəsini elan edir

30-09-2015
Şəbəkə texnologiyaları ilə bağlı yeni kitab

Şəbəkə texnologiyaları ilə bağlı yeni kitab

23-01-2018
Mərkəzi Elmi Kitabxananın Nadir fondunun elektron reyestrinə yeni kitablar daxil edilir

Mərkəzi Elmi Kitabxananın Nadir fondunun elektron reyestrinə yeni kitablar daxil edilir

08-11-2018
Azərbaycanda informasiya cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə müsabiqə keçirilir

Azərbaycanda informasiya cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə müsabiqə keçirilir

13-03-2009
“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

14-10-2016
İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

26-03-2015
 Elmi məqalələrin nəşrində necə uğur qazanmalı?

Elmi məqalələrin nəşrində necə uğur qazanmalı?

27-03-2017
Mobil hesablama buludları ilə bağlı kitab nəşr olunub

Mobil hesablama buludları ilə bağlı kitab nəşr olunub

05-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə