Previous Next
Bağla

RYTN jurnalistlər arasında müsabiqə elan edir

01-11-2016 22:08
RYTN jurnalistlər arasında müsabiqə elan edir

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi ilə bağlı kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsini elan edir.
 
I. Mövzu:

"Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi- informasiya cəmiyyətinə keçid”
 
II. Mükafatlandırma

I yer - 1 nəfər - 1000 manat
II yer - 1 nəfər - 800 manat
III yer - 1 nəfər - 600 manat
Həvəsləndirici mükafat – 5 nəfərədək (hər biri) – 300 manat
Müsabiqədə yer tutacaq şəxslərin adları 2016-cı il dekabr ayının 6-dək açıqlanacaq.
 
III. Müsabiqə şərtləri
 
Materiallar mövzunu əhatə etməli;  

Fakt  və hadisələrin düzgün təhlili;

İfadə vasitələrinin zənginliyi nəzərə alınmalı;

Yazı informasiya tutumlu olmalı;

Müsabiqəyə 2016-cı ilin noyabr ayının 1-dən noyabr ayının 25-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc olunan yazılar buraxılacaq;

Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur;

Yazılar 8-10 min işarədən  çox olmamalı;

Yazıda ““ Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi- informasiya cəmiyyətinə keçid” mövzusunda keçirilən müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmaya da bilər.
Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir.

IV. Yazıların təqdim edilməsi qaydaları

  • müsabiqə üçün yazılar [email protected] elektron poçt ünvanına göndərilə və ya ayrıca zərfdə (elektron məlumatlar diskə yazılmaqla) təqdim oluna bilər. Hər iki halda yazı təqdim edən şəxsin telefonu, elektron poçt ünvanı göstərilməlidir.

 
Təqdim olunmalıdır:

  • müsabiqə üçün verilmiş yazının dərc olunduğu qəzet və jurnalın 1 nüsxəsi;

 

  • qəzət və jurnalda nəşr olunmuş yazıların elektron forması (Times New Roman,14 şirift ölçüsü ilə müəllifin adı qeyd olunmamaqla);

 

  • elektron media resursunda yayımlanmış yazı Microsoft Word (Times New Roman,14 şirift ölçüsü ilə müəllifin adı qeyd olunmamaqla) formatında və yazının linki göstərilməklə;

 

  • yazı təqdim edən şəxsin kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin və şəxsiyyət vəsiqəsinin surəti;

 
Müsabiqə üçün yazılar 2016-cı il noyabr ayının 1-dən noyabr ayının 25-dək həftənin iş günləri saat 09.00-dan 18.00-dək Bakı şəhəri, Zərifə Əliyeva 77 ünvanında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İctimaiyyətlə Əlaqələr sektorunda qəbul ediləcək.

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” adlı müsabiqə keçiriləcək

26-05-2025

"Azərpoçt" media müsabiqəsi elan edir

11-09-2025

KİVDF Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə müsabiqə elan edib

19-11-2013

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqə elan edir

07-10-2016

İKT üzrə ən yaxşı kitab yazanlar mükafatlandırılacaq

26-10-2016

Telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan olunub

21-10-2021

Azərpoçt müsabiqə elan edib

16-02-2018

RYTN “Texnologiyalar və biz” adlı foto müsabiqə elan edir

21-10-2014

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

30-10-2025

İKTA yazı müsabiqəsi elan edir

23-12-2024

Bölgələrdə poçt şöbələrinin texniki avadanlıqla təmin olunmasına dair tender keçirilir

04-02-2009

Onlayn media müsabiqəsinin qaliblərini bahalı hədiyyələr gözləyir

15-11-2013

Jurnalistlər üçün “Innoweek – İnnovasiya həftəsi 2020”-yə həsr olunmuş müsabiqə elan olunub

09-12-2020

Xeberler.az-ın redaktoru TQDK müsabiqəsinin qalibi oldu

17-09-2015

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

18-06-2025

Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan olunub

13-11-2025

DSMF kütləvi informasiya vasitələri arasında müsabiqə elan edib

14-09-2009

İKTA-nın elan etdiyi yazı müsabiqəsinə 56 nəfər qeydiyyatdan keçib

08-01-2025

Elektron Hökumət Portalı müsabiqənin şərtlərini açıqladı

16-01-2015

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

05-05-2026

Jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan “Onlayn Media” müsabiqəsi davam edir

11-10-2013

Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edilib

06-05-2025

“Onlayn Media 2014” müsabiqəsinin münsiflər heyətinin toplantısı keçirilib

25-11-2014

"Onlayn media" yazı Müsabiqəsi davam edir.

28-10-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə