Previous Next
Bağla

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

18-06-2025 13:18
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib.

Xeberler.az məlumat verir ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.

Müsabiqəyə təqdim edilən materiallar:

Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

– ən yaxşı reportaj;

– ən yaxşı ictimai-siyasi təhlil;

– ən yaxşı sosial-iqtisadi təhlil;

– ən yaxşı müsahibə;

– ən yaxşı mədəniyyət materialı;

– ən yaxşı köşə yazısı;

– ən yaxşı jurnalist araşdırması;

– ən yaxşı oçerk.

Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

– ən yaxşı ictimai-siyasi reportaj;

– ən yaxşı sosial-iqtisadi reportaj;

– ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj.

Materialların qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil ekspert tərəfindən həyata keçirilir.

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 5 (beş) jurnalist və 5 (beş) operator qalib elan edilir və mükafatlandırılır.

Müsabiqəyə müraciət qəbulu 25 iyun 2025-ci il 18:00 tarixinədək davam edəcəkdir.

MEDİA – fərdi jurnalist müsabiqəsinin keçirilməsi qaydaları ilə buradan tanış ola bilərsiniz.

Müsabiqə qaydaları

Müraciət forması

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

30-10-2025

Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan olunub

13-11-2025

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

05-05-2026

Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edilib

06-05-2025

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

25-11-2024

Telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan olunub

21-10-2021

Jurnalistlər üçün “Innoweek – İnnovasiya həftəsi 2020”-yə həsr olunmuş müsabiqə elan olunub

09-12-2020

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə elan edilib

23-05-2025

Medianın İnkişafı Agentliyinə yeni hüquqlar verilib - FƏRMAN

08-02-2022

Elektron hökumətlə bağlı müsabiqə keçirilir

13-11-2017

"Azərpoçt" media müsabiqəsi elan edir

11-09-2025

Azərpoçt müsabiqə elan edib

16-02-2018

“Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” adlı müsabiqə keçiriləcək

26-05-2025

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqə elan edir

07-10-2016

Azercell-in dəstəklədiyi “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində maraqlı tədbirlər gözlənilir

12-12-2020

İKT üzrə ən yaxşı kitab yazanlar mükafatlandırılacaq

26-10-2016

Şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

30-09-2022

6 ay internetdən pulsuz istifadə imkanı-Müsabiqə

14-12-2017

Milli İnternet Mükafatı başlayr

16-09-2013

Azərbaycan Telefon Rabitəsinin 140 illiyi ilə bağlı keçirilən müsabiqənin nəticələri açıqlanıb

30-12-2021

RYTN jurnalistlər arasında müsabiqə elan edir

01-11-2016

Milli Net 2018 başlayır

29-09-2018

MilliNet 2017 başladı

16-10-2017

Milli Net 2010-da nə kimi yeniliklər olacaq?

29-09-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə