Previous Next
Bağla

Elmi məqalələrin nəşrində necə uğur qazanmalı?

27-03-2017 15:51
 Elmi məqalələrin nəşrində necə uğur qazanmalı?

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elmi tədqiqatların metodoloji əsasları” mövzusuna həsr edilmiş elmi seminar keçirilib.

Xeberler.az-ın məlumatına görə, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev  elmi fəaliyyətin qurulması, elmi tədqiqatların təşkili və məqalələrin yazılma qaydaları ilə bağlı müzakirələrin aparılacağını bildirib.

“Elmi-nəzəri fəaliyyətin gücləndirilməsi institutun prioritet istiqamətidir”, – deyən R.Əliquliyev elmmetriya ilə bağlı maarifləndirici kitab və kitabçaların hazırlanmasının, gənc tədqiqatçalara elmi fəaliyyətin təşkili ilə bağlı təlimlərin keçirilməsinin vacibliyini önə çəkdi. İnstitututun alim və mütəxəssislərini bu prosesdə fəal iştirak etməyə çağırıb.

Sonra institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev “Elmi məqalələrin nəşrində uğur qazanmaq üçün nələrə fikir verməli” mövzusunda məruzə ilə çıxış edərək elmi məqalənin yazılma modelləri, növləri, strukturu və s. haqqında ətraflı məlumat verib.

Onun sözlərinə görə, məqalənin adında əsas nəticələr qeyd edilməli, açar sözlər saxlanılmalı və 20-dən çox söz olmamalıdır. Sual və ixtisarlardan istifadə edilməməlidir.

“Xülasə məqalə haqqında ilkin təəssürat yaradır. Bu səbəbdən xülasə yazarkən məqsədə uyğunluq, nəticələrin əhəmiyyəti qeyd olunmalı, yekun qiymətləndirilməlidir.

Xülasədə ədəbiyyat siyahısı, əhəmiyyətsiz rəqəmlər, statistika, ixtisar və jarqonlara yer verilməməlidir”, – deyə məruzəçi bildirib.

R.Alıquliyev məqalənin əsas strukturunun giriş, metodlar, nəticələr və müzakirədən ibarət olduğunu deyib. O, bildiribki, girişdə məqalənin mövzusu, mövzunun aktuallığı, tədqiqatın əhəmiyyəti, müvafiq sahədə müasir vəziyyət, inkişaf, problemlər və müəllifin məqsədinin qeyd olunması vacibdir:

“Metodlarda aparılmış tədqiqatlar haqqında məlumat verilməlidir. Nəticələrdə verilənlərin təkrarlanmasına yol verməmək lazımdır. Müzakirədə isə yekunda dəstəklənən əsas nəticələri şərh etmək, digər tədqiqatlarla oxşarlığı və fərqlərini, gələcək tədqiqatları müəyyənləşdirmək zəruridir”.

Alimin sözlərinə görə, məqalənin nəşr olunması üçün elmi jurnal seçərkən onun məqsəd və istiqaməti, impakt faktoru, çap olunma tezliyi, indeksləşdiyi elmi bazalar və oxucu auditoriyasının nəzərə alınması vacibdir. Məqalənin texniki tələblərə cavab verməməsi, jurnalın istiqamətinə uyğun olmaması, natamamlıq, anlaşılmazlıq və s. məqalənin qəbul olunmamasına gətirib çıxarır.

Məruzəçi jurnal redaktorlarının yüksək keyfiyyətli tədqiqat, yəni orijinal və yeni axtarışlar, yaxşı strukturlaşdırılmış tədqiqat, oxuculara maraqlı olan yaxşı yazılmış məqalə tələb etdiklərini söyləyib:

“Rəyçilər tədqiqat və məqaləni təkmilləşdirmək üçün məsləhətlər verirlər. Rəyçinin rəyi yalnız həmin sahəyə uyğun olan və yaxşı təşkil olunmuş məqalələrin nəşrinə zəmanət verir. Bu, təkcə məqalənin keyfiyyətini yaxşılaşdırmağa deyil, həm də bu sahənin inkişafına kömək edir. Sonra rəyçilərin tövsiyələrini nəzərə alaraq təkrar işləmək, oxunaqlığı artırmaq, yeni təcrübələr və informasiya əlavə etmək lazımdır ”.

R.Alıquliyev, həmçinin qeyd edib ki, əvvəlki ədəbiyyatları oxumaqdan imtina etmək, plagiatlığa yol vermək, məqalənin əsas komponentlərini buraxmaq, yanlış istinad etmək, obyektiv hökmlərə nisbətən subyektiv hökmlərə üstünlük vermək, redaktor və rəyçilərin iradlarını qəbul etməmək elmi məqalənin uğursuzluğuna səbəb olan əsas faktorlardır.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elmi jurnalın saytı necə işlənilməlidir?

29-09-2017

Kimya jurnalının saytı təqdim edildi

29-06-2017

“Mobil telefonlar yeni tədqiqat sahələri yaradır”

27-04-2018

Süni intellektin inkişafına dair məruzə dinlənilib

03-04-2025

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

İKT üzrə ən yaxşı kitab yazanlar mükafatlandırılacaq

26-10-2016

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqə elan edir

07-10-2016

Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

18-02-2025

Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

10-04-2023

“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

11-10-2016

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

Kiberfiziki sistemlərin intellektual analizi problemləri tədqiq edilib

30-01-2026

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025

İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib

20-04-2012

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017

Ölkədə texnologiya ilə bağlı hansı qrant layihələr olub?-Hesabat

27-04-2018

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026

Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

28-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə