“İKT və Azərbaycan dilinin istifadəsi problemləri”-nə dair Dəyirmi Masa keçiriləcək

16-11-2009 / 11:28

25 noyabr tarixdə  Azərbaycan İnternet Forumu “İKT və Azərbaycan dilinin istifadəsi problemləri” mövzusunda Dəyirmi Masa keçirəcək.

Dəyirmi Masada  İKT sahəsində , o cümlədən İnternetdə dilimizdən istifadə ilə  bağlı mövcud vəziyyət  və problemlər  ətrafında  müzakirələr aparılacaq.

Müzakirələrdə mövcud orfoqrafiya və qrammatika qaydalarına riayət olunması, xarici dillərdə olan İKT ilə əlaqəli sözlərin işlədilməsi vəziyyəti, Azərbaycandilli saytların vəziyyəti və inkişaf istiqamətləri ətrafında  fikir mübadiləsi aparılacaq. 
Sahə üzrə ekspertlərin təqdimatları olacaq.

Müzakirələrin yekunu olaraq aidiyytaı qurumlara təkliflərin hazırlanması nəzərdə tutulur.

Dəyirmi Masada dövlət orqanlarının, İKT sahəsində çalışan özəl qurumların və ekspertlərin, elm və təhsil sahəsinin, Vətəndaş Cəmiyyəti subyektlərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə