Previous Next
Bağla

Ingilis futbolçusunun aqibətini internet səsverməsi həll edəcək

29-08-2008 11:58
Ingilis futbolçusunun aqibətini internet səsverməsi həll edəcək
Röytersin məlumatına görə, ölkə üzrə beşinci liqada olan “Ebbsflit Yunayted” ingilis futbol klubu hücumçu oyunçulardan birini satmaq təklifi alıb. Məşhur olmayan klub, 19 yaşlı futbolçusu Con Eykində 140 min funt sterlinq qiymət qoyub (170 min avrodan çox). Futbolçunun komandadan getməsi barədə qərarı isə myfootballclub.co.uk. saytının istifadəçiləri qəbul edəcəklər.
myfootballclub.co.uk. saytı “Ebbsflit Yunayted”  klubunu  13 noyabr 2007-ci ildə satın alıb. Istifadəçilərin hər biri 35 funt sterlinq pul qoyaraq, klubun 51 faiz  səhmlərini toplayıb komandanı 746 min avroya əldə ediblər. Qoyulan şərtlərə görə, klubun transfer işləri internet səsverməsi ilə həyata keçiriləcək.
myfootballclub.co.uk saytının sahibi Uill Bruks deyib ki, saytın komandanı almaqda iştirak edən bütün qeydiyyatdan keçmiş istifadəçiləri (30 min nəfərə yaxın) klubun tam səlahiyyətli sahibləri sayılır və səsvermədə iştirak etmək hüquqlarına malikdirlər. Ona görə də, oyunçunu satmaq məsələsi onlayn-səsvermənin köməyi ilə həll olunacaq.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə