Previous Next
Bağla

Britaniyada mobil ödənişlərdən istifadə artacaq

16-04-2015 12:24
Britaniyada mobil ödənişlərdən istifadə artacaq

Böyük Britaniyanın “Barclays” bankının tədqiqatına görə, 2024-cü ilədək britaniyalı istifadəçilər mobil qurğular vasitəsilə hər il 53,6 milyard funt-sterlinq (71,9 milyard dollar) sərf edəcək.

Xəbərlər "Payspacemagazine”  saytına istinadən məlumat verir ki,hazırda smartfon və planşet istifadəçilərinin illik xərci 9,7 milyard funt-sterlinq (14,2 milyard dollar) təşkil edir. Ekspertlərin proqnozuna görə, pərakəndə satış həcminin təxminən yarısı (42,2 faizi) mobil qurğuların köməyi ilə həyata keçiriləcək.

Tədqiqata əsasən, 2014-cü ildə pərakəndə satışın həcmi 325 milyard funt-sterlinq (476 milyard dollar) olub. Eyni zamanda növbəti beş ildə satışın 8,1 faiz artaraq 2024-cü ilədək 391 milyard funt-sterlinq (572 milyard dollar) təşkil edəcəyi gözlənilir.

Qurğulardan istifadənin artması ilə bağlı pərakəndə satışla məşğul olanların 46 faizi bildirib ki, bəzi satış növlərində artıq mobil qurğularla alınan malların seqmenti formalaşıb. Bundan başqa, pərakəndə satıcıların 3 faizi hesab edir ki, onların biznesində ən müasir texnologiyalardan istifadə olunur və mobil ödənişlərə tam hazırdırlar. Bununla yanaşı, pərakəndə satış nöqtələrinin 70 faizi hazırda uyğun saytdan istifadə etməməsini və mobil əlavələrə malik olmamasını qeyd edib.

Gələcək fəaliyyət planı ilə bağlı sualı cavablandıran rəyi soruşulanların üçdə bir hissəsi bildirib ki, əvvəlcədən biznesin inkişafı üçün dəqiq strategiyaya malik olub və mobil ödənişlərdən istifadəni nəzərə alıb. Bu insanlar üçün uyğun saytın hazırlanması və ödəniş funksiyalı mobil əlavələrdən istifadə prioritet hesab edilir. Bununla bərabər, respondentlərin 68 faizi konkret planlarının olmamasını vurğulayıb.

Xeberler.az 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Satış həcminin 50 faizi İnternetlə həyata keçiriləcək

03-08-2015

Banklar İT xərcləri artırır

01-05-2015

Mobil İnternet bazarının həcmi 3 dəfə artacaq

26-05-2015

Britaniya hər il internetdən 155 milyard dollar qazanır

01-11-2010

Elektron ticarət sektorunda lider ölkə hansıdır?

06-04-2015

Mobil oyunlara xərclənən vəsait açıqlanıb

07-11-2015

ABŞ Böyük Britaniyanın texnologiya sektoruna sərmayə qoyacaq

17-09-2025

Mobil telefon aləmində lider dəyişir

08-04-2011

Daşınan qurğular ilə ödənişlərin illik həcmi artacaq

28-08-2015

Facebook reklam bazarında üstünlüyü ələ alıb

03-04-2015

Facebook Britaniyadakı işçilərinin əmək haqqını artırıb

13-10-2015

İstifadəçilər smartfonların təhlükəsizliyindən narahatdır

19-11-2015

2013-cü ildə ultra portativ qurğular bazarı 27 milyard dollar təşkil edəcək

14-10-2008

Mobil bankçılıq xidmətindən istifadə edənlərin sayı artacaq

05-08-2015

Google ilin üçüncü rübündə 2,2 milyard dollar qazanıb

19-10-2010

“Mobil texnologiyalar bazarının həcmi artacaq”

10-10-2015

Mobil telefonların satış həcmi iki dəfə artacaq

22-12-2009

Yarımkeçirici mikrosxem bazarının həcmi rekord həcmə çatıb

02-03-2011

Mobil reklam 200 milyard dollara çatacaq

16-04-2015

Dünya əhalisinin yarısından çoxu internetdən istifadə edə bilmir

22-09-2015

Ev heyvanları iki milyard avroluq qurğunu yararsız hala salıblar

01-06-2015

Wi-Fi bazarının həcmi iki dəfə artacaq

26-08-2015

Dünya İT bazarında azalma qeydə alınacaq

08-04-2016

Mark Zukerberq dünyanın ən zəngin ikinci adamı olub

04-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə