“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Bakıda növbəti “DevopsDays Baku” – Bakıda proqramçılar və sistem administratorları arasında qarşılıqlı əlaqə və əməkdaşlıq nəticəsində yaradılan tətbiqi proqramların hazırlanması prosesi günləri” onlayn tədbiri keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberler.az-a bildirilib ki, Azərbaycanda ikinci dəfə keçirilən tədbirdə həm texniki, həm də qeyri-texniki mövzulara, o cümlədən proqram təminatının inkişafı, IT infrastrukturunun ən aktual məsələlərinə toxunulub, yerli və xarici spikerlər tərəfindən bilik və təcrübələr paylaşılıb.
ABŞ, Peru, Türkiyə, Hollandiya və digər ölkələrdən spikerlər “Uber”, “Amazon” və “Google” kimi şirkətlərdəki təcrübələri haqqında iştirakçılara məlumat veriblər. “DevopsDays” proqram təminatı, IT infrastruktur əməliyyatları və bu sahələri əhatə edən mövzuları özündə əks etdirən dünya miqyaslı texniki konfransdır.
Bu il COVID-19 pandemiyası ilə əlaqədar onlayn rejimdə keçirilən beynəlxalq tədbir ilk dəfə 2009-cu ildə Belçikanın Gent şəhərində təşkil olunub. “DevopsDays” Azərbaycanda 2019-cu ildən keçirilir. Həm yerli, həm də xarici spikerlərin çıxış etdiyi tədbirin təşkilatçıları “SUP.VC” Akselerasiya Mərkəzi və “PAŞA Bank” olub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri