Previous Next
Bağla

StartupFest 2019 çərçivəsində DevOpsDays tədbiri təşkil olunub

22-11-2019 13:59
StartupFest 2019 çərçivəsində DevOpsDays tədbiri təşkil olunub

Xeberler.az bildirir ki, 22 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində və Azərbaycanda ilk dəfə “DevOpsDays” təşkil olunub.

ADA Universitetində reallaşdırılan tədbirdə PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov, ADA Universitetinin dekanı Araz Yusubov çıxış ediblər.

Tədbir “devops” sahəsi ilə bağlı mövzuları əhatə edib və paralel sessiyalardan ibarət olub. Həmçinin Azərbaycan, ABŞ, Türkiyə, Niderland, Şri-Lankadan olan spikerlər müxtəlif təqdimatlar ediblər.

2009-cu ildən start götürən “DevOpsDays” proqram təminatının inkişafı, İT infrastruktur əməliyyatları və aralarındakı kəsişmə mövzularını əhatə edən dünya miqyasında bir sıra texniki konfranslardır. Hər bir tədbir yerli könüllülər tərəfindən idarə olunur.

İlk dəfə Belçikanın Gent şəhərində təşkil olunan “DevOpsDays” tədbiri il ərzində 100-dən çox şəhərdə həyata keçirilir.

26 noyabra qədər davam edəcək “StartupFest“ə “Product Hunt Meetup“, “Startup Grind Ganja“, “Fun Baku“, “DevOpsDays Baku“, “Techstars Startup Weekend Baku Fintech“, “World E-Commerce Eurasia 2019 Baku Forum“ tədbirləri daxildir. Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.

Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

StartupFest 2019-a start verilib

21-11-2019

StartupFest 2019-un açılış mərasimi keçirilib

25-11-2019

Azərbaycanda startaplar üçün StartupFest 2019 keçiriləcək

04-11-2019

StartupFest 2019 adlı beynəlxalq startap festivalı keçiriləcək

23-10-2019

“İnnovasiya həftəsi” çərçivəsində “DevopsDays Baku” tədbiri təşkil olunub

21-12-2020

Dövlət sektorunda Rəqəmsal Transformasiya mövzusunda müzakirələr aparılıb

25-11-2019

Gəncə Dövlət Universiteti və INNOLAND arasında memorandum imzalanıb

11-10-2019

Növbəti Fintech Meetup Gəncədə baş tutacaq

04-10-2019

INNOLAND-in nümayəndə heyəti Tech Summit-də iştirak edib

08-11-2019

Bakıda World e-commerce Eurasia 2019 forumu keçiriləcək

25-10-2019

Startap Günlərinin yekun təqdimat mərasimi keçiriləcək

04-11-2019

Azərbaycan startapları Almaniyada ölkəmizi təmsil ediblər

13-12-2019

Silikon Vadisinin startap proqramı Azərbaycanda

18-10-2019

4SİM-in tərəfdaşlığı ilə “Baku ID 2025” innovasiya festivalı keçiriləcək

18-06-2025

ADA Universitetində Big Data Day Baku 2019 forumu keçirilib

12-06-2019

“Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq

17-09-2024

Dövlət Agentliyi xüsusi mükafata layiq görülüb

11-12-2019

"İnnovasiyalar Mərkəzi"nin nümayəndə heyəti "Mərkəzi Avrasiya Startap Sammiti"ndə iştirak edib

19-04-2022

StartupFest Gəncə proqramına start verilir

27-02-2023

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019

INNOLAND, Next Step və SUP Akseleratoru arasında memorandum imzalanıb

10-01-2019

Ceyhun İmanov ilə Brend Təcrübə adlı tədbir keçiriləcək

12-11-2019

Bakıda “Google” şirkətinin konfransı keçiriləcək

07-08-2023

SABAH.HUB İnnovasiya Mərkəzi tərəfindən “Demo Day” tədbiri təşkil olunub

17-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə