Previous Next
Bağla

Nazir: Ermənistan bölgədə innovasiyaların inkişafına mane olur

03-11-2020 16:42
Nazir: Ermənistan bölgədə innovasiyaların inkişafına mane olur

Bu gün Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Beynəlxalq İnnovasiya İdeyaları Həftəsi – “InnoWeek.uz” ilk dəfə onlayn formatda işə başlayıb.

Xeberler.az bildirir ki, tədbirdə 30-dan çox ölkənin, aparıcı beynəlxalq təşkilat və şirkətlərin elm və innovasiyalar üzrə mütəxəssisləri iştirak edirlər.

“InnoWeek.uz-2020”-nin açılış mərasimində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxış edib. Nazir “COVID-19” pandemiyasının dünyadakı vəziyyəti tamamilə dəyişdiyini, innovativ texnologiyaların onunla mübarizədə mühüm rol oynadığını, eyni zamanda onlayn xidmətlər və innovativ həllər üçün yeni imkanların yarandığını bildirib.

Ramin Quluzadə qeyd edib ki, Azərbaycan Respublikasında innovasiyaların inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir: “Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb.

Əsas hədəflərimizdən biri də ölkəmizdə ideyaların məhsula çevrilməsinə və bazara
çıxarılmasına xidmət edən dinamik bir innovasiya sistemi yaratmaqdır. Hazırda İnnovasiyalar Agentliyi startapçılara ideyalarının reallaşdırılmasında dəstək olur. Ölkəmizdə innovativ ideyaları dəstəkləyən texnoparklar, biznes inkubatorlar, sənaye zonaları, sənaye məhəllələri və fondlar mövcuddur. Rezidentlərə vergi və gömrük güzəştləri edilir”.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 2018-ci ildən bəri hər il innovasiya həftələri – “Innoweek”, innovasiya festivalları – “Innofest”, habelə ölkənin bölgələrini əhatə edən “I2B – İdeyadan Biznesə” startap turları keçirilir. Ötən il nazirlik Azərbaycan İnnovasiya Mükafatını da təsis etdi. Bu mükafatın məqsədi ölkəmizdəki innovasiya ekosistemində fəal iştirakçıları stimullaşdırmaqdır”, – deyə nazir əlavə edib.

İnnovasiyaların inkişafı üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayan Ramin Quluzadə Özbəkistanda da innovasiya sahəsinin inkişafına xüsusi diqqət yetirildiyini, bu sahədə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq üçün regional platformanın yaradılmasına ehtiyac olduğunu söyləyib: “Belə bir platforma vasitəsilə innovasiya ekosisteminə dair vahid məlumat bazası, regional startap portalı və vahid onlayn tədris platforması yaratmaq, startaplar üçün ortaq akselerasiya və mübadilə proqramları təşkil etmək, eləcə də vençur fondları və mələk investorları (Angel Investors) şəbəkəsi qurmaqla qarşılıqlı fəaliyyət göstərmək mümkündür və biz bu istiqamətdə əməkdaşlığa hazırıq”.

Nazir, həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüquqla qadağan edilmiş ballistik raketlərlə Azərbaycanın münaqişə zonasından xeyli aralıda yerləşən yaşayış ərazilərinin atəşə tutulması nəticəsində mülki şəxslərin öldürüldüyünü, ağır yaralandığını, habelə mülki infrastrukturun zərər gördüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, pandemiya ilə yanaşı, Ermənistanın bölgədə innovasiyaların da inkişafına mane olan təcavüzünə cavab olaraq addımlar atırıq.

Ramin Quluzadə çıxışının sonunda “Beynəlxalq İnnovasiya İdeyaları Həftəsi – “InnoWeek.uz”-un işinə uğurlar arzulayıb və bu tədbirin innovasiyaların inkişafı üçün səmərəli olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, “InnoWeek.uz-2020” çərçivəsində Beynəlxalq İnnovasiya və  İnvestisiya Forumu, Beynəlxalq İnnovasiya Sərgisi, Beynəlxalq Robot Çempionatı, Birgə Regional Seminar, Beynəlxalq Gənclər İnnovasiya Forumu, Avropa İttifaqının “Horizon Europe” proqramının mütəxəssislərinin iştirakı ilə vebinar, “İnkişaf Bankı” platformasının təqdimatı, “İnnovativ ideyaların lideri” döş nişanının təqdimatı və ən yaxşı “Elm və inkişaf” məqaləsinə görə müsabiqə qaliblərinin mükafatlandırılması baş tutacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“World Net Summit” beynəlxalq onlayn konfransında Selcuk Bayraktar çıxış edəcək

18-12-2020

Azərbaycanda "İnnovasiyalar Həftəsi" keçiriləcək

23-09-2020

“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil edilib

17-12-2020

21 aprel – Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür

21-04-2020

“InnoWeek – İnnovasiya həftəsi”nin ilk tədbiri keçirildi

14-12-2020

Ramin Quluzadə Pakistan səfirinə Ermənistanın son hərbi təxribatlardan danışıb

30-10-2020

İnnovasiyalar həftəsində ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələr təqdim edilib

26-10-2018

İnnovasiya həftəsi çərçivəsində Eurasia Innovation Day keçirilir

23-10-2019

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

İnnovasiyalar və Texnologiyalar Forumu keçirilib

03-06-2019

Azercell-in dəstəklədiyi “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində maraqlı tədbirlər gözlənilir

12-12-2020

“İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib

24-10-2019

Bakıda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

14-10-2019

Nazir Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

16-01-2020

İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

19-10-2019

İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb

11-12-2018

Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

19-09-2018

İnnovasiya ekosisteminə siyasi baxış mövzusunda dəyirmi masa keçirilib

23-10-2019

Nazir Ramin Quluzadə ilə ICESCO-nun Baş direktoru arasında görüş keçirilib

14-01-2021

Nazir Ramin Quluzadə ikitərəfli görüşlər keçirib

04-12-2019

İ2B-İdeyadan Biznesə layihəsinə 2 mindən çox startapçı qoşulub

19-10-2019

Nazir Ramin Quluzadə İranda səfərdədir

19-07-2019

Jurnalistlər üçün “Innoweek – İnnovasiya həftəsi 2020”-yə həsr olunmuş müsabiqə elan olunub

09-12-2020

INNOLAND İlin innovasiya ekosistemi təmsilçisi seçilib

24-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə