Previous Next
Bağla
REKLAM YERİ

Azerbaijan Digital HUB Eurasia İnnovation Day tədbirində təqdim olunub

24-10-2019 18:13
Azerbaijan Digital HUB Eurasia İnnovation Day tədbirində təqdim olunub

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan “AzerTelecom” şirkətinin
 üzrə müşaviri Azər Bayramov Bakıda Heydər Əliyev Mərkəzində “InnoWeek - İnnovasiya həftəsi” çərçivəsində keçirilmiş 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF 2019)” və “Eurasia İnnovation Day” tədbirlərində moderator və məruzəçi qismində iştirak edib.

Xeberler.az bildirir ki, 21-22 oktyabr tarixlərində 2-ci “Bakı Elektron Ticarət Forumu çərçivəsində baş tutmuş “Elektron ticarət infrastrukturunda yeni texnoloji trendlər: perspektivlər və təhdidlər” mövzusunda sessiya Azər Bayramovun moderatorluğu ilə keçirilib. Sessiyada kibertəhlükəsizlik, elektron imza, süni intellekt, robototexnika və blokçeyn kimi mövzular ətrafında faydalı müzakirələr aparılıb.

Həmçinin, 23 oktyabr tarixində “Eurasia İnnovation Day” çərçivəsində “İnnovasiya və Texnologiya” panel müzakirəsində “AzerTelecom” şirkətinin nümayəndəsi “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” mövzusunda məruzə edib. Azər Bayramov dünya xəritəsində Azərbaycanın innovativ və texnoloji mərkəz kimi tanınması istiqamətində işlərdən danışıb.

Xüsusilə, “AzerTelecom” tərəfindən həyata keçirilən “Azərbaijan Digital HUB” proqramı haqqında iştirakçılara geniş məlumat verib. Bildirilib ki, proqram çərçivəsində iri infrastruktur quruculuğu layihələrinin icrası ilə ölkəmiz Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün rəqəmsal mərkəzə çevriləcək və gələcəkdə bu regionların internet və kontentə olan ehtiyacının təmin edilməsində mühüm rol oynayacaq. Proqram innovasiyaların, rəqəmsal xidmətlərin “Made in Azerbaijan” brendi altında qonşu regionlara ixracına, ümumilikdə isə ölkəmizin İKT sektorunun inkişafına, rəqəmsal ekosistemin formalaşmasına öz töhfəsini verəcək.

Qeyd edək ki, “Eurasia İnnovation Day” tədbiri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə keçirilib. Ümumilikdə, “InnoWeek - İnnovasiya həftəsi” 18-24 oktyabr tarixlərində baş tutub. NRYTN-in Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunub.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnovasiya həftəsi çərçivəsində Eurasia Innovation Day keçirilir

23-10-2019

Azercell İlin innovasiya tədbiri nominasiyasında qalib gəlib

25-10-2019

AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

03-12-2019

AzerTelecom şirkətinin rəhbər şəxsləri Global İnfluencer Day tədbirinin spikeri və moderatoru olub

02-11-2018

Bakıda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

14-10-2019

Azerbaijan Digital Hub proqramı mükafata layiq görülüb

10-12-2019

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

01-07-2019

AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq müzakirə olunub

26-12-2019

AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

14-06-2019

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020

Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib

10-10-2019

AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

26-04-2019

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24-09-2019

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

27-01-2020

Azerbaijan Digital Hub proqramı gələcəkdə Startupların inkişafına töhfə verəcək

28-11-2019

Digital HUB proqramının yaradacağı imkanlar müzakirə olundu

16-05-2019

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019

Bakı Elekton Ticarət Forumu (BEF-2019) təşkil olunacaq

24-09-2019

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019

21 aprel – Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür

21-04-2020

AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

05-08-2019

INNOLAND İlin innovasiya ekosistemi təmsilçisi seçilib

24-10-2019

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil edilib

17-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə