Artıq istənilən istifadəçi öz beyninin ehtiyat surətini yaradıb bu surəti kompüterdə saxlaya biləcək. Belə nəticəyə britaniyalı professor Brüs Kats gəlib.
Katsın fikrincə insanın beyin fəaliyyəti sahəsində dünyanı sensasiyalı kəşflər gözləyir. B. Katsın sözlərinə görə, gün gələcək ki, insanlar sözün əsl mənasında öz zehnilərini boşalda biləcəklər. Beyini bədənlə daimi və zəruri əlaqədən “azad məkana” buraxmaq mümkün olacaq. Britaniyalı alim hesab edir ki, beyin ilə bu cür idarə etmək üsulu onu inkişaf etdirmək, yaradıcı potensialı artırmaq, eləcədə təmiz intellekti ayırmağa imkan yaradacaq.
Belə vəziyyətdə milyonda bir yüksək əqli potensiala malik nadir insan gözləmək lazım deyil. İstənilən beynin neyronlarını dahilik kriterilərinə cavab verən ardıcıllıqla düzmək kifayət edəcək və beləliklə istənilən şəxs nadir insan ola biləcək. B. Kits qeyd edir ki, beynin daimi təkamülünə baxmayaraq, bizim dövrdə bu inkişaf əməli olaraq dayanıb.
Alimin sözlərinə görə, bu gün insan beyni 1990-cı ildə personal kompüterin sərt diskinin həcmindən artıq informasiya saxlaya bilməz. Kitsin fikrincə bu cür texnologiyalar demək olar ki bir neçə onillikdən sonra yaradılacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri