Xeberler.az bildirir ki, Britaniyalı alim Alan Türinq 1950-ci ildə kompüter intellektini qiymətləndirməyə imkan verən test təklif edib. Bu metod indiyə qədər süni intellekt üzrə mütəxəssislər arasında populyar olsa da onların bəziləri əmindirlər ki, metod tamamlanmalıdır. Türinqin testi süni insan üçün deyil, süni beyin üçün nəzərdə tutulmuşdu. Artıq XXI əsrdə insanabənzər robotlar meydana çıxdıqdan sonra robotu insandan ayırmağa imkan verən yeni metoda ehtiyac yaranıb.
Bu məqsədlə zahiri görünüşü, hərəkətləri, səsi və androidin intellektini eyni anda qiymətləndirən “multimodal Türinq testi” hazırlanıb. Təklif edilən yanaşma süni intellektin insanabənzər robota nə dərəcədə inteqrasiya olunduğunu, insandan fərqlənməyən robot yaratmağın mümkünlüyünü göstərəcək. Metod hər biri əvvəlkidən daha mürəkkəb olan dörd mərhələdən ibarətdir. İlk mərhələdə android hərəkətsiz vəziyyətdə həqiqi görünməli, ikincisi hərəkət etməli, üçüncüsü nitqi mükəmməl təqlid etməlidir. Nəhayət, dördüncü mərhələdə robotun süni intellekti qiymətləndirilir. Androidin bu dörd mərhələni keçməsi onun insandan fərqlənmədiyini sübut edəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri