Previous Next
Bağla

Zaman maşını

16-10-2008 15:07
Zaman maşını
Zaman maşını İsrail alimi Amos Ori zaman səyahətinin mümkünlüyünü elmi cəhətdən əsaslandırıb. İndi dünya elminin zaman maşınının yaradılmasının nəzəri cəhətdən mümkünlüyünü iddia etmək üçün lazım olan nəzəri bilikləri var. Bunun riyazi əsaslandırılması \"Fiziki icmal\" elmi jurnalının son nömrəsində dərc edilib.
İsrail Texnologiya İnstitutunun professoru Amos Ori riyazi modellərin köməyi ilə zaman səyahətinin mümkünlüyünü əsaslandırıb. Orinin gəldiyi əsas nəticə odur ki, \"Bu cür səyahətlərin edilməsinə yararlı olan maşının hazırlanması üçün nəhəng qravitasiya qüvvəsi lazımdır\".
İsrail aliminin kəşfinin əsasında 1949-cu ildə Kurt Gedelin gəldiyi nəticə durur. Həmin nəticəyə görə, nisbilik nəzəriyyəsi müxtəlif məkan və zaman modellərinin mövcudluğunu nəzərdə tutur. Amos Orinin hesablamalarına görə, əyilmiş məkan - zaman strukturuna halqa və ya qıf forması verdikdə, keçmişə səyahət etmək imkanı yaranır. Bu konsentrik strukturun hər bir yeni halqası ilə insan zaman qalınlığı ilə daha dərinlərə enəcək
Ancaq bu cür səyahətlər üçün əlverişli olan zaman maşınının yaradılması üçün nəhəng qravitasiya güclərinin olması vacibdir. Onlar, ehtimala görə, qara deşik kimi obyektlərin ətrafında olur. Qara deşiklər haqqında ilk dəfə 18-ci yüzillikdə danışmağa başlayıblar. Alim Pyer Simon Laplas qravitasiyası həddindən yüksək olan və buna görə də heç bir şüanı əks etdirməyən gözəgörünməz kosmik cisimlərin olduğunu ehtimal etmişdi. Bu cür kosmik cisimdən əks olunmaq üçün şüa işıq sürətindən yüksək sürətlə uçmalıdır. Yalnız 20-ci ildə alimlər müəyyən etmişdilər ki, işıq sürətini ötmək mümkün deyildir... Qara deşiklərin sərhədini \"hadisələrin üfüqi\" adlandırırlar. Həmin obyektə çatan istənilən obyekt qara deşiyin dərinliklərinə sorulur. Özü də kənardan \"içəridə\" nə baş verdiyi görünmür. Ehtimal edilir ki, qara deşiklərin dərinliyində fizika qanunları öz fəaliyyətini dayandırır, həmçinin, məkan və zaman koordinatları, kobud dillə ifadə edilərsə, yerlərini dəyişir. Və məkan boyunca səyahət zaman boyunca səyahətə çevrilir.

Beləliklə, Orinin hesablamalarının önəminə baxmayaraq, zaman səyahəti barədə arzu etmək hələ tezdir. Alimlər bildirirlər ki, bunun riyazi modelini hələ ki texniki baxımdan işdə gerçəkləşdirmək mümkün deyil.Eyni zamanda alimlər vurğulayırlar ki, texniki inkişaf prosesi hazırda həddindən sürətlidir və heç kim bir neçə on ildən sonra, insanların hansı texniki imkanlara malik olacağını indidən deyə bilməz. Ümumiyyətlə, zaman boyunca səyahətin mümkünlüyü barədə Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsində vurğulanmışdı. Alimin fikrincə, böyükkütləli cisimlər məkan və zamanı əyir, həmçinin, işıq sürətinə yaxın sürətlə hərəkət edən obyektlərdə zaman yavaşıyır. Belə ki, kosmik fəzada bir neçə hissəciyin uçub-gəlməsi bizdən ötrü min il çəkəcək. Hissəciklərin özü üçün isə bu, sadəcə, bir neçə dəqiqədir.

Məkan və zaman təhriflərinə qravitasiya səbəb olur: iri cisimlər ətrafında cisimlər əyilmiş trayektoriyalarla hərəkət edir. Əyilmiş məkan və zaman fərqləri kəsişə və onunla hərəkət edən özündən asılı olmayaraq öz keçmişi ilə görüşə bilər. Zaman boyunca səyahət ideyası insan zəkasını çoxdan məşğul edir. Bu mövzuda yetərincə elmi-fantastik ədəbiyyatlar yazılıb. Ancaq bu günə kimi hələ də bəlli deyil ki, gerçək həyatda zaman boyunca səyahətin reallaşdırılması mümkündürmü? Yoxsa bu yalnız nəzəri ehtimaldır?

Çünki indiyə kimi heç kim zaman boyunca səyahətin qeyri-mümkünlüyünü sübut etməyib. Özü də bu müddət ərzində zaman boyunca hərəkətin texniki əsaslandırması da peyda olub. Hər halda, insanın nə vaxtsa keçmişə qayıtmasının və ya gələcəyi görməsinin mümkün olacağına potensial ümid hələ də var.

XEBERLER.AZ/Ellada
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kosmosda iki qara dəliyin birləşməsi qeydə alınıb

14-07-2025

NASA: Öz qalaktikasını tərk edən nəhəng qara dəlik yolunda ulduzlar buraxır

08-04-2023

Google xəritə keçmişini zaman tuneli şəklində göstərəcək

23-07-2015

Facebook yenə dəyişir

16-03-2013

Windows 8: 2012-ci ildə işıq üzü görə bilər

24-01-2011

Keçmişə və gələcəyə aparan maşın (VİDEO)

04-11-2014

“İnternet ancaq uşaqlar üçün məhdudlaşdırıla bilər”

13-03-2013

“Google” səsli axtarış sistemini hazırladı

04-05-2011

Facebook-dan yeni zaman vahidi

23-01-2018

Facebook-dakı şəkillər silinmir

26-05-2009

Saxta telefonu necə müəyyən etməli ?

26-03-2012

Facebook istifadəçiləri bu testi etsin

05-02-2011

”ULTRA Texnologiyalar” FND ilə əməkdaşlığa başlayır

22-12-2014

«Azercell» naviqasiya xidmətini istifadəyə verdi

16-03-2011

Planetlərarası şəbəkə 2010-cu ildə hazır olacaq

30-07-2008

Astronomlar kosmosun dərinliklərində yerləşən qara dəliyin enerji şüaları yaydığını müəyyən ediblər

19-09-2024

Batareyanın ömürünü necə uzatmaq olar? Bir neçə məsləhət

28-10-2009

Mobil telefonunuzun dinlənilməsindən xəbər tutmanın 6 yolu

28-09-2010

İnsan beyninin kompüterdə surətini saxlamaq mümkün olacaq

25-09-2009

“Apple” öz cihazlarında fiziki düymələrdən imtina edəcək

23-05-2022

İnternet televiziyaları inkişaf etdirmək üçün onları lisenziyalaşdırmağa ehtiyac yoxdur

04-03-2013

Elektron xatırlatmalar

05-09-2008

Mobil telefonlar üçün Photoshop-un onlayn xidməti yaradılacaq

30-08-2008

Səsli biometrik axtarış sistemi Meksika hökumətinə kömək edəcək

31-03-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə