Previous Next
Bağla

Elon Musk-ın startapı insanları robota çevirəcək

21-08-2019 10:22
Elon Musk-ın startapı insanları robota çevirəcək

Xeberler.az bildirir ki, Elon Musk-ın Neuralink startapı iflic şəxsə kompüter və smartfonu şüur gücü ilə idarə edilməsinə yardımçı olmaq üçün çalışır. Lakin gələcəkdə hər şey heç də yaxşı olmaya bilər. Əsasən də beyin toxumaları tamamilə elektronika ilə əvəz edilsələr. Neuralink şirkətinin əsas məqsədlərindən biri də iflic insanlar üçün mikroçiplərin hazırlanmasıdır. Həmin mikroçiplər insan beyninə yerləşdirmək üçün nəzərdə tutulub. Bunun sayəsində isə insanlar kompüterləri və smartfonları şüur gücü ilə idarə edə biləcəklər.

Gələcək perspektivdə isə bu texnologiya vasitəsilə fiziki məhdudiyyətli insanlar daha müstəqil ola biləcəklər. Lakin skeptiklər bu məsələdə o qədər də optimistik deyillər və onlar insan beyninə süni zəka çipinin yerləşdirilməsində müsbət cəhətlərdən daha çox mənfi cəhətləri görürlər. Bu barədə The Next Web saytı xəbər verib. Alimlərin planlarına əsasən kiçik prosessorlar insan beyni ilə qalınlığı 4-6 mikrometr olan xüsusi tellər vasitəsilə birləşəcəklər. Bu isə öz növbəsində beyin neyronları vasitəsilə analiz olunan məlumatların yazılmasını və xüsusi tətbiq vasitəsilə smartfona və ya kompüterə ötürülməsini mümkün edəcək.

Lakin skeptiklər narahatdırlar ki, alimlər öz təcrübələrində daha da irəli gedəcəklər və bu texnologiya hal hazırki dərrakə anlayışına son qoyacaq. Koqnitiv psixoloq olan Susan Schneider bildirib ki, əgər alimlər həmçinin beynin funksional toxumalarını elektronika ilə əvəz etməyə başlasalar, bu bir növ qeyri dönüş nöqtəsi olacaq. Hal hazırda bu prosesin necə və kimlər tərəfindən nizamlanacağı məlum deyil. “Beyin toxumalarının 15%-nin əvəz olunması başqa, 75%-nin əvəz olunması ilə tamamilə başqa məsələdir” – deyə filosof Derek Parfit bildirib. Heç şübhəsiz bu texnologiya insan zəkasının imkanlarının genişləndirilməsinə təkan verə bilər. Bununla belə mütəxəssislər qeyd ediblər ki, onların bu texnologiyaları beyin üçün riskləri minimuma endirir. Mütəxəssislər ümid edirlər ki, gələcəkdə bu neyrointerfeys epilepsiya və iflic kimi xəstəlikləri müalicə etməyə imkan verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elon Musk-ın Neuralink şirkəti beyin implantının insanlar üzərində testləri üçün icazə alıb

27-05-2023

Elon Muskın beyin oxuma cihazı bu həftə tanıdılacaq

27-08-2020

İntel 2020-ci ildə insan beyninə yerləşdirmək üçün çip istehsal edəcək

30-11-2009

Neuralink beyin implantlarının kütləvi istehsalına hazırlaşır

03-01-2026

“İnsan kompüterlə inteqrasiya edilməlidir”

16-02-2017

Beyin siqnalları parolları əvəz edə bilər

08-06-2015

İlon Mask: Robotlar 5 il ərzində cərrahları əvəz edə bilər

28-04-2025

İnsanlar ölümə qalib gələ biləcək

26-05-2015

İlon Mask: 20 ildən sonra insanlar öz şüurlarını robotlara yükləyəcəklər

13-11-2025

Elektronikanı insan beyninə daxil etmək mümkün olacaq

03-02-2016

Süni beyin istehsal ediləcək

30-07-2009

Tarixdə ilk-İnsan beyni birbaşa İnternetə qoşulub

15-09-2017

Facebook kompüterləri düşüncə gücü ilə idarə edən startap alıb

21-10-2019

İtaliya alimləri süni beyin yaradıb

17-11-2015

İnsan beyninin kompüterdə surətini saxlamaq mümkün olacaq

25-09-2009

İnsan beyni üzü necə tanıyır?

05-06-2017

“Merge Labs” “Neuralink” startapına rəqib olacaq

15-08-2025

Gələcəkdə qurğular sahiblərinin fikirlərini oxuya biləcək

25-01-2016

Əlin həssaslığını imitasiya edən protez hazırlanıb

15-10-2016

İnternetdə axtarış beyin üçün enerji ehtiyatıdır

15-10-2008

Bu çip süni intellektə məlumatları unutduracaq

02-09-2019

Tənəffüs siqnalını sözə çevirən texnologiya yaradılır

08-09-2015

Bütün qurğular emosiyaları tanıyacaq

17-06-2017

“Beyin gücüylə idarə olunan” avtomobil istehsal olundu

09-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə