Previous Next
Bağla

İnsanlar ölümə qalib gələ biləcək

26-05-2015 15:24
İnsanlar ölümə qalib gələ biləcək

Yerusəlim Yəhudi Universiteti alimlərinin fikrincə, yaxın iki yüz ildə bəşəriyyət kompüter texnologiyalarının köməyi ilə ölümə qalib gələ biləcək. Onların sözlərinə görə, insanlar kiborqlara çevrilərək ölməyəcəklər.

Xəbərlər-in verdiyi məlumata görə, tədqiqatçılar əmindir ki, bu addım Yerdə həyat təşəkkül tapandan sonra ən böyük inkişaf olacaq.

İnsan genetik mühəndislik və müxtəlif manipulyasiyalı orqanizmin köməyi ilə öz-özlüyündə ilahi varlığa çevrilərək əbədi yaşamağa başlaya biləcək. Biz bədəni yalnız qismən canlı olan kiborqlar olacağıq”, - universitet professoru Yuval Noy Harari hesab edir.

Onun fikrincə, insan ömrünün uzadılması məqsədilə müasir texnologiyalardan istifadə təbii addımdır.

“İnsanlar sadəcə olaraq onlar tərəfindən edilmiş elmi kəşflərin köməyi ilə yeni qabiliyyətlər əldə etmək imkanı qarşısında dura bilməyəcəklər”, - o bildirib.

Kembric Universitetinin neyrobioloqu Hanna Kritçlou da bu fikri bölüşür.

“Kompüter insana əbədi yaşamaq imkanı verəcək. Biz buna mürəkkəblik səviyyəsinə görə insan beyni ilə müqayisə edilə biləcək kompüter yaradanda nail olacağıq. İnsan kompüter daxilində yaşaya biləcək”, - neyrobioloq vurğulayıb.

H.Kritçlounun qənaətinə görə, kompüterlər yetərincə güclü olan zaman onlara insan ağlını yükləmək mümkün olacaq.

“Kompüterə şəxsiyyəti yükləmək üçün onun insan beyninin daxilində quraşdırılan bütün əlaqələri yenidən yarada bilməsi lazımdır. Biz 100 trilyon çarpaz birləşməni süni şəkildə yaratsaq, əbədi yaşaya biləcəyik”, - o əlavə edib.

Alim insanın öz beyin potensialının yalnız 10 faizindən istifadə etməsi fikri ilə razılaşmayıb.

“Adi rejimdə beyin aşağı sürətdə işləyərək konkret vaxtda müəyyən vəzifələr üçün lazım olan sahələrin fəaliyyətini genişləndirir. Lakin əslində beynin imkanları daha genişdir”, - H.Kritçlou qeyd edib.

Neyrobioloqun sözlərinə görə, beyin həmişə 100 faizlik işləsəydi, bu, problemlərə səbəb olardı.

“Bədənin təxminən 20 faiz enerjisini sərf edən beyin tam gücü ilə işləsəydi, insanlar artıq yükə dözməyərək tez məhv olardılar. Məhz buna görə beynimiz tam gücü ilə işləməməyə uyğunlaşdırılıb. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnsan beyninin kompüterdə surətini saxlamaq mümkün olacaq

İnsan beyninin kompüterdə surətini saxlamaq mümkün olacaq

25-09-2009
Beyin siqnalları parolları əvəz edə bilər

Beyin siqnalları parolları əvəz edə bilər

08-06-2015
Süni beyin istehsal ediləcək

Süni beyin istehsal ediləcək

30-07-2009
Elon Musk-ın startapı insanları robota çevirəcək

Elon Musk-ın startapı insanları robota çevirəcək

21-08-2019
Gələcəkdə qurğular sahiblərinin fikirlərini oxuya biləcək

Gələcəkdə qurğular sahiblərinin fikirlərini oxuya biləcək

25-01-2016
 İnsanın düşüncələrini mətnə çevirən sistem hazırlanıb

İnsanın düşüncələrini mətnə çevirən sistem hazırlanıb

20-06-2015
İnsan, yoxsa kompüter?

İnsan, yoxsa kompüter?

06-01-2017
Neuralink beyin implantlarının kütləvi istehsalına hazırlaşır

Neuralink beyin implantlarının kütləvi istehsalına hazırlaşır

03-01-2026
İnsan beyninin surəti yaradıldı

İnsan beyninin surəti yaradıldı

20-08-2015
Təbiətin qanunları, “0 və 1” oyunu

Təbiətin qanunları, “0 və 1” oyunu

20-10-2018
Tarixdə ilk-İnsan beyni birbaşa İnternetə qoşulub

Tarixdə ilk-İnsan beyni birbaşa İnternetə qoşulub

15-09-2017
İnsan beyni üzü necə tanıyır?

İnsan beyni üzü necə tanıyır?

05-06-2017
Alibaba şirkəti kompüter hazırlamağa başlayıb

Alibaba şirkəti kompüter hazırlamağa başlayıb

03-08-2015
İlon Mask: 20 ildən sonra insanlar öz şüurlarını robotlara yükləyəcəklər

İlon Mask: 20 ildən sonra insanlar öz şüurlarını robotlara yükləyəcəklər

13-11-2025
Kompüter alqoritmi DNK-ya görə insanın boyunu proqnozlaşdırır

Kompüter alqoritmi DNK-ya görə insanın boyunu proqnozlaşdırır

10-10-2018
Rasim Əliquliyev: “Əsas vəzifələrimizdən biri insanın rəqəmsal beyninin yaradılmasıdır”

Rasim Əliquliyev: “Əsas vəzifələrimizdən biri insanın rəqəmsal beyninin yaradılmasıdır”

10-04-2023
Elon Musk-ın Neuralink şirkəti beyin implantının insanlar üzərində testləri üçün icazə alıb

Elon Musk-ın Neuralink şirkəti beyin implantının insanlar üzərində testləri üçün icazə alıb

27-05-2023
 “İnsan kompüterlə inteqrasiya edilməlidir”

“İnsan kompüterlə inteqrasiya edilməlidir”

16-02-2017
Süni intellekt parolu tapmağı asanlaşdıracaq

Süni intellekt parolu tapmağı asanlaşdıracaq

19-09-2017
Süni beyin ilk dəfə düşünməyi bacarıb

Süni beyin ilk dəfə düşünməyi bacarıb

03-09-2019
Şirkətlər kompüter satışını sürətləndirmək üçün səylərini birləşdirib

Şirkətlər kompüter satışını sürətləndirmək üçün səylərini birləşdirib

15-10-2015
2030-cu ilədək insan beyni bulud xidmətlərinə qoşulacaq

2030-cu ilədək insan beyni bulud xidmətlərinə qoşulacaq

10-06-2015
Kompüterlərin 60 faizdən çoxu Windows 10 ilə işləyəcək

Kompüterlərin 60 faizdən çoxu Windows 10 ilə işləyəcək

09-12-2015
Düşüncələrinizin musiqisini dinləyə biləcəksiz

Düşüncələrinizin musiqisini dinləyə biləcəksiz

16-07-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə