Instagram bu telefonlarda işləməyəcək

17-04-2018 / 10:42

Məşhur platforma Windows 10 üçün yeniliklər təqdim edərkən əməliyyat sistemi ilə işləyən bəzi cihaz istifadəçiləri problemlə üzləşə bilər.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Windows 10 Mobile telefonu istifadəçiləri artıq Instagram tətbiqini öz mobil cihazlarına yükləyə bilməyəcək.

Bu tətbiqdən istifadə etmək istəyənlər isə Edge veb brauzer vasitəsilə Instagram.com-a daxil olaraq ondan faydalana bilər. Belə ki, Instagram istifadəçiləri sayt vasitəsi ilə hesablarında şəkil, hekayə paylaşa bilərlər.

Xatırladaq ki, Microsoft şirkəti Windows Phone-u cihazlarda təqdim edəndən 6 il sonra Instagram tətbiqini yükləmək mümkün olub.

Elşən Abdulkərimov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə