Instagram öz messencerini sınaqdan keçirir

28-08-2019 / 15:26

"Facebook" şirkəti "Threads" adlı yeni messencerini sınaqdan keçirməyə başlayıb. İstifadəçilər bu messencer vasitəsilə "Instagram"da öz dostları ilə məzmunu paylaşa biləcəklər.

Xeberler.az bildirir ki, bu haqda "The Verge" portalı yazıb. Şəkil, mətn və çarxlardan əlavə hərəkət sürəti, olduğu yer, akkumulyatorun iş vaxtı haqqında avtomatik paylaşım etmək mümkün olacaq. Messencer istifadəçinin şəbəkədə olub-olmamasını avtomatik rejimdə qeyd edəcək. Hazırda proqram daxili yoxlamadan keçir. Proqramın istifadəyə veriləcəyi tarix açıqlanmır. "Instagram"ın rəsmisi bu məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə